Yemək pozğunluqları qidaya və yeməklə bağlı həddindən artıq diqqətə yönələn kompleks psixi sağlamlıq vəziyyətləridir. Bu pozğunluqlar yalnız yeməkdən ibarət deyil, həmçinin ciddi tibbi və psixoloji müdaxilələr tələb edir. Hər bir yemək pozğunluğunun fərqli simptomları olsa da, ümumiyyətlə, bəziləri çəkiyə, digərləri isə qidaya qarşı güclü bir obsesyon inkişaf etdirir.
Aşağıda, ən çox rast gəlinən altı yemək pozğunluğu və onların simptomları ilə tanış ola bilərsiniz:
1. Anoreksiya siniroza
Anoreksiya, çox ciddi şəkildə məhdudlaşdırılmış qida qəbulunu və kökəlməkdən qorxmağı əhatə edir. Bu pozğunluğun ən yaygın simptomları:
- Çəkiyə qarşı güclü bir qorxu
- Bədən imici ilə bağlı pozulmuş fikirlər
- Çox az qida qəbulu və ya bəzi qidaların kəsilməsi
Anoreksiya, iki əsas növə bölünür:
- Məhdudlaşdırıcı tip: yalnız pəhriz və idmanla çəki itirmək
- Binge yemək və təmizləmə növü: çox yemək yeyərək, qusma, laksatiflər və həddindən artıq məşq etmək
Bu vəziyyətdə, saxlama, saç və dırnaqlarda zəiflik, sümüklərin zədələnməsi və sonsuzluq kimi problemlər baş verə bilər.
2. Bulimiya nervoza
Bulimiya, çox miqdarda yemək yeyərək, sonra bu kaloriləri kompensasiya etmək üçün qusma və ya digər təmizləyici davranışları əhatə edir. Bulimiya ilə yaşayanlar:
- Çox yemək yeyirlər, lakin bunu kontrol etməkdə çətinlik çəkirlər
- Sonra bu kaloriləri kompensasiya etməyə çalışırlar, məsələn, qusma, oruc tutmaq və ya həddindən artıq məşq etmək
Yan təsirlər arasında diş çürüməsi, boğaz ağrısı və elektrolit balanssızlığı kimi ciddi hallar yer alır.
3. Binge yemək pozğunluğu (BED)
BED, yemək zamanı nəzarəti itirmək və çox yemək ilə xarakterizə olunur, lakin bu pozğunluqda insanlar sonra qusma və ya təmizləmə davranışlarına müraciət etmirlər. BED ilə yaşayanlar:
- Gizli şəkildə çox miqdarda yemək yeyir
- Yemək sonrası narahatlıq, utanc və ya günahkarlıq hissi yaşayarlar
Bu pozğunluq, ürək xəstəlikləri və diabet kimi ciddi sağlamlıq problemlərinə yol aça bilər.
4. Pika
Pika, qeyri-ərzaq maddələrinin yeyilməsi ilə bağlıdır. Məsələn:
- Buz, torpaq, sabun və kağız kimi maddələrin yeyilməsi
Pika, adətən, zehni qüsurları və ya şizofreniya kimi psixi xəstəlikləri olan insanlarda rast gəlinir və zəhərlənmə, infeksiyalar və qida çatışmazlığına səbəb ola bilər.
5. Ruminasiya Pozğunluğu
Bu pozğunluqda, insanlar əvvəllər yeyilən qidaları təkrar udur və ya tüpürür. Bu, adətən yeməkdən sonra 30 dəqiqə ərzində baş verir. Ruminasiya pozğunluğu, körpələrdə və böyüklərdə terapiya ilə müalicə oluna bilər.
6. Avoidant/Məhdudlaşdırıcı Qida Qəbulu Pozğunluğu (ARFID)
ARFID ilə yaşayan insanlar:
- Müəyyən qidalardan və ya qida tiplərindən qaçınırlar
- Bu, onların kalori qəbulunu və inkişafını pozur
ARFID, xüsusilə uşaqlar və gənclər arasında yaygındır və sosial yemək funksiyalarına mane ola bilər.
Digər yemək pozğunluqları
Bundan əlavə, daha az tanınan və rast gəlinən yemək pozğunluqları da mövcuddur, bunlara:
- Təmizləmə pozğunluğu: Yemək yeməmək üçün qusma, oruc tutma və ya məşq etmək
- Gecə yemək sindromu: Gecə saatlarında çox yemək
- Ortoreksiya: Həddindən artıq sağlam qida istehlakı ilə bağlı obsesyon
Əgər bu simptomlar sizdə mövcuddursa və yemək pozğunluğundan əziyyət çəkdiyinizi düşünürsünüzsə, bir tibb mütəxəssisinə müraciət etmək çox önəmlidir. Yemək pozğunluqları ilə mübarizə aparmaq çətin ola bilər, amma tibbi dəstək və sağalma qrupları ilə bu vəziyyəti yaxşılaşdırmaq mümkündür.
Mənbə: healthline
Tərcümə etdi: Aysu Əsgərzadə
