Bu gün:

İkinci növ diabet dərmanları bəzi xəstəlikləri müalicə edə bilər


Yeni bir araşdırma ikinci növ diabetdə çox istifadə edilən dərmanların autoimmun (autoimmun xəstəliklər orqanizmdə immun sistemin iş prinsipinin  pozulması ilə əlaqədar meydana çıxan xəstəliklərdir ) xəstəliklərin müalicəsində də istifadə edilə biləcəyini ortaya qoydu.

Böyük Britaniyanın Suonsi Universiteti Tibb Fakültəsinin tədqiqatçıları ikinci tip diabetin müalicəsində qan şəkərinin səviyyəsinə nəzarət etmək üçün istifadə edilən dərmanı araşdırıblar.

Aparılan araşdırmada dərmanın orqanizmin infeksiya və xəstəliklərlə mübarizəsində rolu olan T hüceyrəsinin effektivliyini azaltdığını, lakin bəzi bədənlərdə sağlam toxumalara hücum etdiyi də müşahidə edildiyini qeyd ediblər.

Bundan yola çıxan tədqiqatçılar dərmanın immun sisteminin ən vacib komponentlərindən biri olan T hüceyrəsini hədəf alaraq romatoid artrit və sistemik lupus eritematosus kimi avtoimmun xəstəliklərin müalicəsində istifadə oluna biləcəyini kəşf ediblər.

Kliniki tədqiqatlarda istifadə edilə bilər

Tədqiqatçılar dərmanın diaqnoz qoyulmuş avtoimmun xəstəliklərin müalicəsi üçün klinik sınaqlarda istifadə oluna biləcəyinə ümid etdiklərini bildiriblər.

Araşdırmaya rəhbərlik edən Suonsi Universiteti Tibb Fakültəsindən Dr. Nick Jones açıqlamasında dərmanın bu xəstəliklərin müalicəsində istifadəsi üçün klinik inkişaflar üçün əsas təşkil etdiyi üçün vacib olduğunu vurğuladı.

Tədqiqatın aparıcı müəllifi Ben Cenkins dedi: “Hazırda, digər xəstəliklərdə istifadə olunan bu növ dərmanlar üçün yeni rolların müəyyən edilməsi tədqiqatımızın ən maraqlı tərəfidir. İlk növbədə, immun hüceyrələrin metabolizmasını hədəf aldığını nəzərə alsaq, ümid edirik ki, tapıntılarımızın potensial terapevtik faydaları müxtəlif şəraitlərdə tətbiq oluna bilər”. 

Tibbi Tədqiqatlar Şurası tərəfindən maliyyələşdirilən tədqiqat Cell Metabolism jurnalında dərc olunub.

Mənbə: Sözcü

Tərcümə etdi: Namiq Atamalıyev

Paylaş
Şərh əlavə et