Bu gün:

Nə qədər yuxuya ehtiyacımız var?


Çoxumuz həyatımızın üçdə birini yuxuda keçiririk, ancaq bir gecədə səkkiz saatdan çox və ya az yuxuya ehtiyacınız ola bilər. Həyatınız boyu lazım olan saatların sayı dəyişir; Körpələrin və uşaqların daha çox yuxuya ehtiyacı olsa da, 65 yaş və yuxarı insanlar yeddi-doqquz saatdan bir qədər az yuxuda fəaliyyət göstərə bilər.

Yuxunun keyfiyyəti nə qədər yatdığınızdan daha vacibdir.

AP-yə görə, yuxu, sağlamlığımız üçün kritik olmasına baxmayaraq, hələ də sirr olaraq qalıb. Stanford Universitetində yuxu mütəxəssisi Dr. "Səbəblər tam aydın deyil, amma hamımızın etdiyi vacib bir şeydir" dedi Rafael Pelayo, "Siz yatdığınız zaman qeyri-adi bir şey baş verir. Bu, özümüzə qulluq etməyin ən təbii formasıdır."

Gündə 6 saatdan az və ya gündə 9 saatdan çox yatanlar...

Atwood deyib ki, insanlar altı saatdan az və ya orta hesabla doqquz saatdan çox yatdıqda, sağlamlıq problemləri riski artır, lakin hər kəs fərqlidir.

Nə qədər yuxuya ehtiyacınız olduğunu anlamağa çalışarkən, yuxunuzun keyfiyyəti haqqında düşünmək vacibdir, Pelayo dedi: "Əslində etmək istədiyiniz şey gümrahlıq hissi ilə oyanmaqdır - əsas məqam budur."

Pelayo "Əgər kimsə mənə saatlarla yatdığını, lakin yorğun oyandığını söyləyirsə, nəsə səhvdir. Sevdiyiniz restoranda ac hiss etməməlisiniz" dedi.

Nə qədər yuxuya ehtiyacımız var?

Ehtiyacımız olan yuxu miqdarı həyatımız boyu dəyişir. Yenidoğulmuşlara ən çox 14-17 saat lazımdır.

"Əlbəttə ki, biz körpə və uşaq olanda daha çox yuxuya ehtiyacımız var, çünki çox tez böyüyürük" dedi Atwood.

Milli Yuxu Vəqfi 26-64 yaş arası böyüklərin əksəriyyətinə yeddi ilə doqquz saat arasında yatmağı tövsiyə edib. 65 yaş və yuxarı insanlar bir az daha az yata bilər, 16-25 yaş arası gənclər bir az daha çox yata bilər.

İnsanlar təxminən hər 90 dəqiqədən bir yuxu mərhələsindən keçirlər. Gecənin ilk hissəsində tsikl daha çox yavaş dalğalı yuxu və ya dərin yuxudur. Bu həm də “böyümə hormonu”nun ifraz olunduğu vaxtdır.

Atwood araşdırmaların qadınların daha çox yuxuya ehtiyacı olduğunu göstərmədiyini, lakin qadınların orta hesabla kişilərdən bir qədər çox yatdığını söylədi.

Bu gənc yaşda başlayır. Pelayo deyib ki, eyni yuxu ehtiyaclarına sahib olsalar da, yeniyetmə qızlar yeniyetmə oğlanlardan daha az yatırlar. Bundan əlavə, yeniyetmə qızlar yuxusuzluqdan daha tez-tez şikayət edirlər.

Yuxunu araşdıran UC Berkeley Universitetinin klinik psixoloqu və professoru Allison Harvey qeyd edib ki, qadınlar ilk dəfə ana olanda, onlar tez-tez gecə ərzində yeni doğulmuş körpələrə daha çox qulluq edirlər, bu da daha az yuxu deməkdir.

Hormonlar qadının hamiləlik və menopoz zamanı aldığı yuxunun miqdarına və keyfiyyətinə də təsir edə bilər.

Atwood qadınların menstruasiya dövründən dərhal əvvəl daha çox yuxuya ehtiyac duya biləcəyini söylədi.

"Vücudunuzun sizə daha çox yuxuya ehtiyacınız olduğunu söyləyən zamanlar var".

Mənbə: Gazeteoksijen
Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et