Bu gün:

Doğru bildiyimiz yanlışlar


Gündəlik həyatda doğru hesab etdiyimiz bir çox şeylər səhv ola bilər. Bu məqalədə sizlərə doğru bilinən 5 yanlışı təqdim edirik.

1. Balıqla birgə qatıq yemək olmaz, zəhərlənmə verə bilər.

Məşhur inancın əksinə olaraq, balıq təzədirsə, onu qatıqla yeməyin ziyanı yoxdur. Zəhərlənmənin səbəbi qatıq deyil, balıqda olan “histamin” zülalıdır. Bu maddə qatıqda da olduğu üçün birlikdə yeyildikdə bədəndəki 'histamin' miqdarı artaraq allergik xəstəlikləri olan insanlarda qızartı və ya qaşınma yarada bilər. Balığın təzəliyinə güvənirsinizsə, onu qatıqla birlikdə yeməyin heç bir zərəri yoxdur.

2. Kəpənəklərin ömrü 1 gün olur.

Bəzi yetkin kəpənəklər 1-2 aya qədər yaşaya bilər. Ömrü bir neçə fəsildən ibarət olan kəpənəklər qış yuxusuna gedə və ya daha isti bölgələrə köçə bilir.

3. Buqələmunlar təhlükə hiss etdikdə kamuflyaj üçün rəngini dəyişirlər.

Buqələmunların rəng dəyişdirmə səbəbi əks cinsi cəlb etmək və ya bədən istiliyini tənzimləmək ola bilər.

4. Telefonu Alexander Graham Bell icad edib.

Çox insan Graham Bellin telefonu icad etməsi və ilk olaraq katibi Uotsona zəng etməsi haqqında hekayəni eşidib. Amma əslində işləyən ilk telefonu 15 il əvvəl alman ixtiraçısı Philipp Reis icad edib. "Reis Telefonu" adlandırdığı bu cihazı ilk dəfə 1861-ci ildə təqdim etdi. "Reis Telefon" musiqi notlarını kifayət qədər aydın, lakin insan səsini zəif çatdıra bilirdi. Danılmaz bir həqiqətdir ki, insan səsinin məftil vasitəsilə ötürülməsi ilk dəfə Reisin istehsal etdiyi cihazla həyata keçirilib.

5. Romanı Neron yandırıb.

Tarixçilər yanğının Neronun siyasi rəqibləri tərəfindən törədildiyinə və sonradan onu günahlandırdıqlarına inanırlar. Əslində Neron bir qəhrəman idi, yanğını söndürməyə çalışır, evsizlərə yemək tapır və şəhərin yenidən dizayn olunmasını təmin edir.

Mənbə: Onedio

Tərcümə etdi: Nahid Xəlilov

Paylaş
Şərh əlavə et