Bu gün:

Hun imperiyasında qadınların mühüm vəzifələri


Qədim DNT və qəbir əşyaları göstərir ki, şahzadələr Qazaxıstandan Monqolustana qədər uzanan nəhəng imperiyanın qurulmasına və idarə olunmasına kömək ediblər.

Yüksək statuslu qadınlar qədim köçəri imperiyanın bir-birinə bağlanmasında mühüm rol oynadılar.

Hun İmperiyası cəmiyyətinin elit qadınları uzaq tayfalar arasında ittifaqları möhkəmləndirdilər. 

Böyük Çin səddi eramızdan əvvəl 200-100-cü illər arasında Avrasiya çöllərində hökmranlıq edən sirli mədəniyyətin şahidi olmaq xüsusiyyətini daşıyır. İndiki Monqolustanın atlı döyüşçüləri olan Asiya hunları Çin sərhədindən indiki Qazaxıstanın otlaqlarına qədər hökmranlıq edirdilər və onlar öz qonşularına amansız hücumlar edərək divarın tikilməsinə səbəb olurlar.

Hun İmperiyasının heç bir yazılı qeydləri yox idi və onların gündəlik həyatlarına dair çox az maddi sübut var. Lakin “Science Advances” jurnalında dərc olunan yeni tədqiqat qeyri-adi güc strukturunu aşkar etmək üçün genetika və arxeologiyanı birləşdirir: Şahzadələr əsrlər boyu uğurlarının əsasını təşkil edən geniş, çoxmillətli ittifaqlar yaratmağa kömək ediblər. Tədqiqatın müəlliflərindən biri olan arxeoloq Brayan Miller "Qadınlar imperiyanın fəal nümayəndələri idi" deyir.

Tədqiqatda iştirak etməyən Bonn Universitetinin arxeoloqu Ursula Brosseder “Bu, çox həyəcanvericidir” dedi.  O deyir ki, "Heç bir başqa vasitə ilə əldə edə bilməyəcəyiniz məlumatları tapmaq üçün genetikadan istifadə edirlər".

Hun İmperiyasının tarixi və digər cəmiyyətlərinin fəaliyyəti haqqında bildiklərimizin çoxu onların çinli düşmənləri tərəfindən yazılmış mənbələrdən qaynaqlanır. Onlar mərkəzdən idarə olunan imperiya, yoxsa tayfaların azad konfederasiyası idi? Harvard Universitetinin genetiki və yeni tədqiqatın həmmüəllifi Kristina Uorinner "Daxili quruluşun nə olduğu barədə heç bir məlumatımız yox idi" dedi.

2007-ci ildə arxeoloqlar Hun İmperiyasının sərhədlərində iki qəbiristanlıqda qazıntı aparıblar. Müasir Monqolustan və Çin sərhədi yaxınlığında Altay dağlarında yerləşən qəbiristanlıqlarından birində varlıların dəfnləri, digəri isə yerli elitalar hazırlanmış məzarlıq idi.

Görkəmli hun qadınlarının qəbirlərindən qızıl və digər sanballı əşyalar tapılmışdır. Kişilərin məzarları daha sadə idi.

Genetik testlər göstərdi ki, qızıl disklər və tunc araba hissələri kimi zəngin qəbir əşyaları olan ən böyük, ən dərin məzarlarda basdırılan skeletlər qadındır. Onların qəbirlərində qurban kəsilmiş atlar, qoyunlar və mal-qara tapılmışdı.

İmperatorluğun sərhədindəki bu saray məzarlarında dəfn edilən qadınlar da əvvəlki araşdırmalarda DNT-si analiz edilən Hun imperiyasının mərkəzində olan insanlarla yaxın qohum idilər. "İmperatorluğun sərhədlərinə çatanda, hakim nəsillə qohum qadınlar idarə edirdi" dedi. Miller. deyir ki, "Biz uzun məsafəli, geniş miqyaslı ittifaqlar görürük".

Dəlillər bir araya gətirildikdə göstərir ki, Asiya hunları öz uzaq torpaqlarını birləşdirmək üçün yüksək rütbəli qadınlara arxalanırdılar. Hun hökmdarları yəqin ki, yerli liderlərlə ittifaq yaratmaq üçün öz qadın qohumlarını göndərmişlər. “Daha böyük bir bölgəni idarə etmək istəyirsinizsə, yerinə etibarlı birini qoymalısınız. Onlar bunu şahzadələr vasitəsilə yerli elitanı idarə edirdilər”. Maks Plank Geoantropologiya İnstitutunun arxeoloqu və yeni tədqiqatın həmmüəllifi Bayarsaikhan Jamsranjav deyir. "Genetika bizə Asiya Hunlarının və onların çoxmillətli imperiyasının əsl hekayəsinə çıxış imkanı verir".

Bu arada, böyük məzarlarda tapılan nümunələr bu şahzadələrin passiv həyat yoldaşı olmadıqlarını göstərir. Warinner deyir ki, onlar yəhərlər, cilovlar və "kişilik və güclə əlaqəli olan" tunc araba hissələri kimi at alətləri ilə basdırılıblar və Hun İmperiyasının yüksək hərəkətli həyat tərzinin mühüm komponentləri olublar.

Bir tapıntıda, at arabaları və ağır dəmir kəmər tokkası da daxil olmaqla, görkəmli aksesuarlarına əsasən skeletin kişi olduğu müəyyən edilmişdir. Yeni DNT sübutları skeletin əslində bioloji olaraq qadın olduğunu ortaya qoydu. "Biz indi bilirik ki, zinət əşyaları taxan təkcə kişilər deyil" dedi Miller. Miller deyir ki, "Həyatları boyu və ölənə qədər bunlar cəmiyyətdə vacib fiqurlar idi".

Qadın məzarlarından tapılan qəbir əşyaları Asiya hunlarının coğrafi imkanlarını və İpək Yolu ticarət yollarına nəzarətini əks etdirirdi: tapıntılar arasında Misir şirli keramika muncuq və Çin laklı fincan da var. Hətta onların tabutlarının taxtaları belə bu ağacsız səhra bölgəsinə yüzlərlə kilometr uzaqdan gətirilib.

Kişilər qadınların dəbdəbəli qəbirlərini əhatə edən daha sadə qəbirlərdə dəfn ediliblər. Seul Milli Universitetinin genetiki Choongwon Jeong onların DNT-lərini Avrasiyadakı populyasiyalarla müqayisə edərək, qadınların oxşar genetik mənşəyi paylaşdığını, kişilərin isə genetik cəhətdən müxtəlif olduğunu müəyyən etdi. "Genetika Qafqaz dağlarından tutmuş Sibir çöllərinə qədər bütün çölləri və onun qonşularını əhatə edir" dedi. Jeong deyir. “Avrasiyanın üçdə ikisi vahid regionda təmsil olunur”.

Warinner deyir ki, bu müxtəliflik Hun İmperiyasının çöllərin böyük hissələrinə nəzarəti gücləndirmək üçün onların əhalisini qəsdən və zorla qarışdırdığını göstərir. 

American Association for the Advancement of Science. 14 aprel 2023.

Mənbə: Arkeofili

Tərcümə etdi: Amin Həsənli

Paylaş
Şərh əlavə et