Bu gün:

Doğru bilinən 20 yanlış məlumat


Bu gün həqiqət olduğunu bildiyimiz, lakin yanlış olan bir çox məlumatlar var. Şayiə olan bu cür məlumatların həqiqətini öyrənənlər xeyli təəccüblənirlər. Hazırladığımız yazıda əsrlər boyu insanlar arasında yayılan 20 yalan məlumatdan bəhs edəcəyik.

Budur, həqiqət olduğunu bildiyimiz yanlışlar:

1. Mixi yazılar mismar ilə yazılırdı

Düz məntiqlə baxılaraq doğru qəbul edilən bu məlumat həqiqətdən olduqca uzaqdır. Mixi yazı, əslində, “Stilus” adlı qamış qələmlərlə yazılırmış.

2. Öləndən sonra saç və dırnaqlar uzanmağa davam edir

Xalq arasında əfsanə kimi dildən-dilə yayılan bu yalan məlumat, əslində, çürüməyə başlayan dərinin çəkilməsi ilə dırnaq köklərinin çıxması nəticəsində meydana gəlmişdir. Çıxarılan dərinin yerinə saç və dırnaq kökləri gəldiyində insanlar bu vəziyyəti “öldükdən sonra dırnaq və saç uzanır” kimi şərh ediblər. 

3. Dəvələr hürgüclərində su saxlayırlar

Xüsusilə, Ərəbistan bölgəsində dəvələr isti səhra şəraitində günlərlə yaşamaq üçün qida saxlayırlar. İnsanlara məlum olan dəvələrin hürgüclərində su yığması məlumatı tamamilə yanlışdır. Əslində, dəvələr hürgüclərində çoxlu miqdarda yağ saxlayırlar. Bunun səbəbi yağın istiyə sudan daha davamlı olmasıdır. Beləliklə, dəvələr uzunmüddətli səhra səfərlərindən əziyyət çəkmirlər.

4. Yarasaların gözləri görmür

Korona virusu ortaya çıxardığı düşünülən yarasaların kor olduğuna dair yanlış fikir var. Yarasaların əksəriyyəti ekolokasiya yolu ilə hərəkət edir, lakin bu, yarasaların kor olması demək deyil. Bəzi yarasa ailələri hətta gecələr əla görmə qabiliyyətinə malikdirlər.

5. Biz beynimizin yalnız 10%-ni istifadə edirik

1890-cı illərdən bu günə qədər qeyri-dəqiq olan bu məlumatın yanlış olduğu qabaqcıl texnologiya görüntüləmə cihazları sayəsində sübuta yetirilmişdir. Harvardda psixoloq William Jamesin “Biz zehni potensialımızdan tam istifadə etmirik” cümləsi səbəbiylə ortaya atılan bu tezisin səhv olduğu sübut olunub. Əslində, beynimizin 10%-dən daha çoxunu istifadə edirik.

6. Qırmızı rəng buğaları qəzəbləndirir

İspaniyada öküz döyüşlərində və festivallarda tez-tez gördüyümüz maraqlı hadisələrə görə, öküzlərin qırmızı rəngə qarşı həssaslığının olduğu düşünülür. Əslində, uzun müddət qapalı qalan öküzlər qəzəblə hadisə yerində olduqları üçün təbii olaraq hərəkət edən obyektlərə hücum edirlər. Başqa sözlə, öküzlər qırmızı rəngə deyil, daim hərəkət edən obyektlərə hücum edirlər.

7. Əsnəmək yuxulu olduğunuzu göstərir

Ümumiyyətlə, insanlar yuxu saatlarında əsnəyirlər. Əslində, əsnəməyin yuxu ilə əlaqəsi yoxdur. Əsnəmək bədənin kifayət qədər oksigen ala bilmədiyi zaman baş verir.

8. İspanaq insanı gücləndirir

İspanağın insanı gücləndirməsi iddiası 1870-ci illərdə bir həkimin səhvi nəticəsində ortaya çıxıb. O, səhvən ispanaqdakı dəmiq miqdarının normadan 10 dəfə çox olduğunu qeyd edib.

9. Dəvəquşular qorxduqları üçün başlarını quma soxurlar

Dəvəquşular başlarını quma soxsalar da, bunu qorxduqları üçün etmirlər. Əsas məqsədləri yumurtaları torpağın altına basdırmaq olan dəvəquşular bu yumurtaları daim nəzarətdə saxlayırlar.

10. Elektrik lampasını Edison icad edib

Əslində, Edison elektrik lapmasını icad etməyib. Elektron lambasını Humphry Davy ixtira edib. 

11. Telefonu Graham Bell ixtira edib

Telefonu Antonio Meucci icad etsə də, patentini Graham Bell aldığı üçün bu ixtira tarixdə onun adı ilə qalıb. 

12. Henry Ford avtomobili icad edib

Əslində, avtomobilin ixtiraçısı Karl Benz adlı mühəndisdir. Yəni, Henry Ford avtomobili icad etməyib.

13. Çin səddi Aydan baxanda görünür

Bu da yanlış məlumatdır. Çin səddinin Aydan baxdıqda göründüyü deyilsə də, bunun hər hansısa bir əsası yoxdur. 

14. Balıqla qatıq yemək olmaz

Balıq təzədirsə, onu qatıqla yeyə bilərsiniz. Allergik xəstəliyi olan insanlarda cüzi qaşınma yarada bilər.

15. Kəpənəklər bir gün yaşayır

Səhv məlumatdır. Bəzi kəpənəklər 1 aydan 3 aya qədər ömür sürürlər.

16.  Balıqların yaddaşı yoxdur

Bu məlumat da əsassızdır. Bəzi balıqların yaddaşı 3 aya qədər olur.

17. Kim çox şəkər yeyirsə, şəkər xəstəsi olur

Çoxlu şəkər yeməyin şəkər xəstəliyi ilə əlaqəsi yoxdur. 

18.Udduğumuz saqqız 7 il ərzində həzm edilir

Məlum səhv anlayışlar arasında udulmuş saqqızın uzun illər həzm oluna bilməyəcəyi ilə bağlı söz-söhbət də var. Əslində, saqqızı udduğumuz zaman bədənimiz tərəfindən həll edilmədən birbaşa həzm sisteminə gedir və bədəndən xaric olur. 

19. Piza qülləsi əyri inşa edilmişdir

İtaliyada əyriliyi ilə çox sayda turisti özünə cəlb edən Piza qülləsi məşhur inancın əksinə olaraq, əyri inşa edilməyib. Şaquli olaraq layihələndirilən bu quruluş 1173-cü ildən bəri yumşaq zəminə görə cənuba doğru dəyişmişdir.

20. Göy qurşağında yeddi rəng var

Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və bənövşəyi rənglərinə sahib olduğu bilinən göy qurşağının əslində daha çox rəngi var. İnsanın rəng qavrayışına görə 7 rəngə bənzəyən göy qurşağı fasiləsiz rəng spektrini ehtiva edir.

Mənbə: Neoldu

Tərcümə etdi: Lumu Zülfüqarova 



Paylaş
Şərh əlavə et