Bu gün:

Gündə 1 ədəd ehtiyacınızı qarşılamağa yetər..


Günəş üzünü göstərməyə başlasa da, həm qış, həm də xəstəlik mövsümü davam edir. Belə olan halda xəstəliklərdən qorunmaq üçün ağlımıza dərhal C vitamininə müraciət etmək gəlir. C vitamini üçün kimimiz bazardan aldığımız meyvələrə, kimimiz isə əlavələrə üz tuturuq. Bəs hansı daha doğrudur? C vitaminini ən asan yolla almağın yolu nədir? Ağıllardakı sualları mütəxəssislər cavablandırıb.


Qış uzandıqca və xəstəlik mövsümü davam etdikcə, müqavimətimizi qorumaq da önəm qazanır. Hamımız az-çox C vitamininin immunitetimizi dəstəkləməkdə və sağlamlığımızı qorumaqda oynadığı rolu bilirik. Lakin “The Telegraph” qəzetinə danışan qidalanma mütəxəssisi Lynsey Vaughan, C vitamininin bədəndəki yeganə vəzifəsinin bu olmadığını qeyd edərək, “Enerji istehsalı, yaraların sağalması, sümük, diş və dəri funksiyaları, sinir sisteminin dəstəklənməsi və psixoloji funksiyalarla yanaşı, qidalardakı dəmirin sorulmasına kömək edən mühüm bir antioksidantdır” ifadələrini işlədib.


A, D və E vitamini kimi yağda həll olan vitaminlərin əksinə, C vitamininin bədəndə saxlanmadığını xatırladan diyetoloq Nichola Ludlam-Raine, “Bu səbəbdən qidalanma yolu ilə mütəmadi olaraq C vitamini qəbul etmək lazımdır” deyib.


Gəlin C vitamininin sağlamlığa faydalarına və ən zəngin C vitamini mənbələrinə tək-tək nəzər salaq.


C vitamini soyuq dəyməni önləyirmi?

C vitamini haqqında geniş yayılan fikirlərdən biri, onun soyuqdəyməni “müalicə etdiyi” yönündədir. Lakin Ludlam-Raine bu fikrin bir qədər yanıltıcı olduğunu bildirərək, “C vitamini soyuqdəyməyə tutulmağınızı önləmir, lakin araşdırmalar bəzi insanlarda simptomların görülmə müddətini və şiddətini azaltdığını göstərir” deyib. Uzun ömür tədqiqatlarına fokuslanan “Viavi” şirkətinin qurucusu Dr. Sabine Donnai isə C vitamininin bədənimizdə bizim xəbərimiz olmadan çoxlu iş gördüyünü vurğulayıb və “İmmunitet funksiyasını dəstəkləməklə (və beləliklə, sağlam qalmağımıza kömək etməklə) yanaşı, C vitamini neyrotransmitter istehsalında, yaraların sağalmasında, yağ turşularının metabolizmində, qan damarlarının formalaşmasında və daha bir çox prosesdə rol oynayır” deyib.


Yetərincə C vitamini almadığımızı necə anlaya bilərik?

Çox ağır səviyyədə C vitamini çatışmazlığı skorbuta yol açır. Skorbut müasir dövrdə çox nadir görülür, lakin son 10 ildə yayılma tezliyi artır. Vaughan, “Aşağı C vitamini səviyyələri yorğunluq, dəmir çatışmazlığı, diş ətinin qanaması, dərinin asanlıqla göyərməsi, quru və pul-pul olan və ya kobud dəri, cansız saçlar və tez-tez infeksiyalara yoluxma ilə əlaqələndirilir” dedi və əlavə edib : “Xoşbəxtlikdən, təbii olaraq C vitamini ilə zəngin olan bir çox ləzzətli qida var. Portağal və bibər kimi hər gün yediyimiz qidalardan tutmuş, qvava və kivi üzümü kimi super qidalara qədər bir çox məhsul C vitamini ilə zəngindir. C vitamini üçün ‘ən yaxşı mənbə’ axtararkən ən asan əldə edə biləcəyiniz və qidalanmanıza asanlıqla daxil edə biləcəyiniz seçimlərə üstünlük verməyə çalışın.”


C vitamini qəbulunu artırmaq üçün ən yaxşı 8 qida

    1.    Portağal

    2.    Brokkoli

    3.    Çiyələk və qarağat

    4.    Ananas

    5.    Kivi

    6.    Dolmalıq bibər

    7.    Sitrus meyvələr


Çoxlu C vitamini qəbul etsək nə olar?

Avropa Birliyi qaydalarına görə, gündə 2.000 milliqramdan çox C vitamini təhlükəli ola bilər. Bununla belə, yüksək dozada C vitamini qəbul etmək nadir hallarda rast gəlinən haldır. Dietoloq Ludlam-Raine bildirir ki, C vitamini suda həll olduğu üçün artıq miqdarı bədəndə saxlanmır və sidik vasitəsilə xaric olunur. O qeyd edir ki, 1.000 milliqramdan çox C vitamini qəbul etmək qarın ağrısı və ishala səbəb ola bilər. Bu cür təsirlərlə qarşılaşdıqda, C vitaminini gün ərzində daha kiçik dozalarla qəbul etmək tövsiyə olunur.

C vitamini əlavələri C vitamini ilə zəngin qidalar qədər təsirlidirmi?

C vitamininin ən yaxşı mənbələri təzə meyvə və tərəvəzlərdir. Lakin bir çox insan gündə tövsiyə olunan 5-6 porsiya meyvə və tərəvəz istehlak etmir. Bu halda C vitamini əlavələri də müəyyən qədər faydalı ola bilər, lakin təbii qidaların tərkibində olan digər faydalı maddələr də nəzərə alınmalıdır.


Mənbə: Hüriyyet
Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et