Səhər rejimi necə olmalıdır? Bu, çoxlarının maraqlandığı bir mövzudur. Gününü məhsuldar keçirmək, enerjili və sağlam olmaq istəyən hər kəs özünə uyğun bir səhər rejimi qurmalıdır.
Bəs ideal səhər rejimi necə olmalıdır? Budur, günə motivasiyalı başlamaq üçün bəzi faydalı məsləhətlər:
Erkən oyanın və gününüzə pozitiv başlayın
Uğurlu və sağlam həyat sürmək istəyənlər üçün erkən oyanmaq böyük bir üstünlükdür. Səhər saatlarında bədən daha güclü və məhsuldar olur. Günə telefon ekranına baxmaq əvəzinə, dərindən nəfəs alaraq başlamaq isə ruh sağlamlığınıza müsbət təsir edəcək.
Su içərək maddələr mübadiləsini sürətləndirin
Yuxudan oyandıqdan sonra bir stəkan su içmək gecə ərzində itirdiyiniz mayelərin yerini doldurmağa kömək edir və maddələr mübadiləsini bərabərləşdirir. Limonlu su içmək həzm sisteminizi dəstəkləyir və toksinlərdən qurtulmanıza kömək edir.
Məşqlə enerjinizi artırın
Səhər yüngül idman etmək və ya uzanmaq bədəninizi günə hazırlayır. Yoqa, gəzinti və ya kardio kimi fəaliyyətlər qan dövranınızı artıra və özünüzü daha enerjili hiss edə bilərsiniz.
Balanslı və qidalı səhər yeməyiniz olsun
Sağlam səhər yeməyi sizi daha tox hiss etdirəcək və gün boyu enerjinizi yüksək saxlayacaq. Zülal, sağlam yağlar və lif baxımından zəngin qidalar isə diqqət bacarığınızı artıraraq daha məhsuldar bir gün keçirməyə kömək edəcək.
Meditasiya edin
Günə başlamazdan əvvəl bir neçə dəqiqə meditasiya etmək və ya gününüzü planlaşdırmaq stress səviyyənizi azalda bilər və sizi daha gümrah edə bilər. Prioritetlərinizi müəyyənləşdirərək gün ərzində vaxtınızı daha yaxşı idarə edə bilərsiniz.
Soyuq duş qan dövranını sürətləndirir, oyandırır və enerjinizi artırır. Eyni zamanda, immunitet sisteminizi gücləndirərək sizi xəstəliklərə qarşı daha davamlı edir.
Öz səhər rejiminizi yaradın
İnsanın səhər rejimi necə olmalıdır sualının cavabı insandan insana dəyişə bilər. Ancaq sağlam və məhsuldar gün keçirmək istəyənlər üçün erkən oyanmaq, su içmək, idman etmək, sağlam səhər yeməyi yemək və günü planlaşdırmaq çox vacibdir. Özünüz üçün ən uyğun səhər rejimini yaradaraq həm fiziki, həm də ruhi sağlamlığınızı gücləndirə bilərsiniz.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
