
Asan və sağlam həyat tərzi üçün günə balqabaq tumu ilə başlayın!
Balqabaq tumları qidalandırıcı maddələrlə zəngindir və gündəlik enerjinizi artırmağa kömək edə bilər. Bunun bir neçə əsas səbəbi var:
Qida dəyəri yüksəkdir. Balqabaq tumları protein, lif, sağlam yağlar, maqnezium, sink və dəmir kimi vacib minerallarla zəngindir. Bu maddələr ümumi sağlamlığı dəstəkləyir və gün ərzində enerjinizi artırır.
Dəri, saç və dırnaqlar üçün faydalıdır. A vitamini, dəmir və sinkin yüksək miqdarı qadınların sağlamlığı və gözəlliyi üçün xüsusilə faydalıdır. Balqabaq tumu yağı kosmetologiyada geniş istifadə olunur və menopauza dövründə hormonal tarazlığı tənzimləyən təbii fitoestrogenlərlə zəngindir.
İmmuniteti gücləndirir. Antioksidantlar və sink bədəni infeksiyalar, iltihab və oksidləşdirici stressdən qoruyur, sizi daha güclü və aktiv saxlayır.
Sağlam və enerjili bir gün üçün balqabaq tumunu qidalanmanıza əlavə edin!
Mənbə: timesofindia.indiatimes.com
Tərcümə etdi: Nazrin Humbat
