Bu gün:

Albinonun tam tərsi olan xəstəlik Melanizm:


Melanizm qaranlıq piqment melaninin istehsalında anormal artıma səbəb olan bir xəstəlikdir. Bu, orqanizmin genetik quruluşundan irəli gələn bir fenotipdir (müşahidə edilə bilən bir xüsusiyyət). Albinizmin( piqment çatışmazlığı) əksi olaraq görülə bilər.


Melanin melanositlər kimi tanınan hüceyrələr tərəfindən istehsal olunan bir kimyəvi maddədir. O, təbii olaraq heyvanın dərisində, tüklərində, pulcuqlarında və s. mövcuddur. Melanistik fərd tünd qəhvəyi və ya qara rəngdə görünür. 


Melanist heyvanlar dərilərində, saçlarında və tüklərində və s.-də artan miqdarda tünd piqment melanin olan və onlara tünd görünüş verən heyvanlardır. Melanizm, məməlilər, sürünənlər və böcəklər də daxil olmaqla bir çox müxtəlif növ heyvanlarda baş verən genetik mutasiyadır. Ən məşhur melanistik heyvanlar arasında qara bəbirlər və panterlər kimi tanınan yaquarlar var.

Digər melanistik heyvanlara dələ, maral, qırqovul, gümüş tülkü (melanistik qırmızı tülkü), bir neçə pişik növü, hətta pinqvinlər (BBC-nin “Dynasties” serialının çəkilişi zamanı melanistik kral pinqvin çəkilib) və flaminqolar (qara flaminqo 2015-ci ildə Kiprdə müşahidə olunub).

Adaptiv melanizm


Bəzən melanizm faydalı ola bilər. Bəzi hallarda, melanistik fərdlər daha yaxşı kamuflyaj edilə bilər və ya məsələn, günəşin zərərli şüalarından daha yaxşı qoruna bilər.

Bu üstünlüklər melanistik fərdlərin çoxalma ehtimalının daha yüksək olduğunu ifadə edə bilər (əgər onlar daha yaxşı kamuflyaj olunarsa, məsələn, cinsi yetkinliyə çatmadan yeyilmə ehtimalı daha az olacaq).


Melanistik heyvanın nəslinin melanistik olma şansı artdığından, müəyyən şərtlər altında daha tünd fərdlərin bütün populyasiyaları görünə bilər.

Bu fenomen adaptiv melanizm kimi tanınır.


Sənaye melanizmi

Sənaye melanizmi, insan sənayesinin təsirlərinin melanistik fərdlərə melanistik olmayan fərdlərə nisbətən üstünlük verdiyi yerdə baş verir. Ən çox güvə və böcək kimi həşəratlarda tanınır.


Sənaye melanizminin ən məşhur nümunəsi, bütün şimal yarımkürəsində tapılan güvə növü olan bibərli güvənin (Biston betularia) Britaniya əhalisinə təsir etməsidir.


Bibərli güvə təbii olaraq solğun rəngdədir, lakin İngiltərənin sənaye bölgələrində tünd rəngli, melanistik bibərli güvələrin populyasiyaları görünməyə başlayıb.


Məlum olub ki, həmin sənaye sahələrində mövcud olan çirklənmə ağacların his ilə qaralmasına səbəb olub. Nəticədə, melanistik bibərli kəpənəklər solğun fərdlərdən daha yaxşı kamuflyaj edilib və quşlar tərəfindən daha az hücuma uğrayıb.


Əvvəlcədən doğulma ehtimalı daha az olan melanistik güvələrin çoxalma və melanistik genlərini nəsillərinə ötürmə ehtimalı daha yüksək olub.


Sənaye ərazilərində bibərli güvələrin populyasiyalarında tünd fərdlər üstünlük təşkil edib, onların solğun qanadlı həmkarları isə çirklənməmiş ərazilərdə üstünlük təşkil edib.

Sənaye melanizmi Darvinin Təkamül nəzəriyyəsinin birbaşa sübutu kimi istifadə edilib.


Melanizmlə əlaqəli şərtlər:

Psevdomelanizm / Bolluq


Psevdomelanizm (yalançı melanizm və ya bolluq kimi də tanınır) melanin istehsalının artmasına səbəb olan başqa bir genetik vəziyyətdir. Bu, daha geniş və ya tünd zolaqlar və ya ləkələr kimi həmişəkindən daha tünd, daha böyük və ya daha qabarıq işarələrə malik heyvanlarla nəticələnir.


Albinizm 

Albinizm melanin istehsal edə bilməməsinə səbəb olan genetik mutasiyadır. Albinos heyvanların dərisi, tükləri, və s. olduqca solğun olur və çox vaxt tamamilə ağ görünür.


Albinos heyvanın gözündə piqmentin olmaması o deməkdir ki, gözdəki qan damarlarında axan qanın görünməsi gözə qırmızı rəng verir.


Leysizm


Leysizm bir heyvanda piqmentin qismən çatışmazlığına səbəb olan genetik bir vəziyyətdir. Leystik heyvanlarda ağ ləkələr ola bilər və ya digər fərdlərdən daha solğun görünə bilər.


Mənbə: Activewild

Tərcümə etdi: Aysu Əsgərzadə

Paylaş
Şərh əlavə et