Bu gün:

Geriyə doğru yeriməyin 2 əsas faydası


Journal of Biomechanics-də dərc edilən bir araşdırma, geriyə doğru yeriməyin xroniki bel ağrısı olan xəstələrdə bel bölgəsindəki əzələləri daha çox aktivləşdirməyə kömək etdiyini göstərdi. Mütəxəssislər, "retro gəzinti" olaraq da bilinən geriyə doğru yerimə tərzinin təkcə əzələlərə təsir etmədiyini, eyni zamanda beyin sağlamlığı baxımından da müsbət nəticələr verdiyini vurğuladılar.


20 ildən çox təkrar gəzinti təcrübəsi olan biyomexanik Janet Dufek, beş idmançının geriyə doğru yeridikdən sonra daha az bel ağrısı bildirdiyi bir araşdırma apardı.

Dufek BBC-yə deyib ki, “Araşdırmalarımız geriyə doğru yeriməyin hamstringləri (arxa ayaq əzələlərini) uzadır və buna görə də bel ağrısını azaldır”.

Geriyə doğru yerimək həmçinin beynin problem həlli və qərar qəbulu ilə əlaqəli sahələrini aktivləşdirir. Araşdırmalar göstərib ki, bu hərəkət beyni stimullaşdırır, daha diqqətli və kəskin düşünməyə təşviq edir.


2019-cu ildə aparılan başqa bir araşdırmada Stroop testi 38 iştirakçıya tətbiq edilib.

İştirakçılardan müxtəlif istiqamətlərdə gedərkən uyğun olmayan rənglərlə yazılmış sözlərin rəngini tez söyləmələri istənilib. Məsələn, "yaşıl" sözü qırmızı ilə yazılmışdır. Bu araşdırmada geriyə doğru yeriyən iştirakçıların stimullara ən sürətli reaksiya verdiyi və zehni performanslarının artdığı müşahidə edilib.

2024-cü ildə İdman və Sağlamlıq Elmləri Jurnalında dərc edilən bir araşdırma, geriyə doğru yerimənin ürək dərəcəsini və oksigen istehlakını irəli yeriməyə nisbətən yüzdə 17-30 artıra biləcəyini müəyyən etdi.


Tədqiqatçılar bu artımın tarazlığı, koordinasiyanı və sabitliyi qorumaq üçün əlavə əzələ cəlb edilməsi ilə bağlı olduğunu irəli sürdülər. Geriyə doğru yerimək diz oynağında yük paylanmasını dəyişdirir ki, bu da artritin yaratdığı stressi azaldır. "Osteoartrit və qığırdaq" jurnalında dərc edilən başqa bir araşdırmada geriyə doğru yerimənin diz oynağına yükü azaldığı aşkar edilmişdir.


TikTok retro gəzinti trendinin populyarlığına da böyük təsir göstərib, lakin New York Post-da çıxan xəbərlərə görə, bu rutini həyata keçirmək istəyənlərin diqqət etməli olduğu bəzi məqamlar var. Bunlar aşağıdakı kimi sadalanıb:

1)Yavaş və sabit başlayın.

2)Təhlükəsiz bir sahə və düz bir yer seçin. 

3)Yaxşı duruşunuzu qoruyun.

4)Başlamaq üçün treadmill istifadə etməyə çalışın.


Mənbə: NTV. Com 

Tərcümə etdi: Mina Yadigarlı



Paylaş
Şərh əlavə et