Süni intellekt sürətlə inkişaf edir və müxtəlif sahələrdə inqilab yaradır. Xüsusilə biznes, təhsil, səhiyyə və incəsənət sahələrində bu texnologiya səmərəliliyi artırır, problemləri həll edir və yeni həllər təqdim edir. 
Bu yazıda ən faydalı süni intellekt alətlərini araşdıracağıq.
Namogoo
Namogoo, e-ticarət saytlarında və tətbiqlərdə gəlir itkilərini müəyyən edib qarşısını almaq üçün süni intellektdən istifadə edir. Müştəri davranışını analiz edərək fərdi təkliflər hazırlayır və alış prosesini yaxşılaşdırır. Adobe və QuantumMetric kimi platformalarla inteqrasiya oluna bilər və istənilən ölçüdə biznes üçün uyğundur.
Timely
Timely, vaxt idarəetmə proqramıdır. Fəaliyyətlərinizi avtomatik izləyərək layihələrə ayırır və gün ərzində nə qədər vaxt sərf etdiyinizi göstərir. Bu, məhsuldarlığınızı artırmağa və işlərinizi daha yaxşı planlaşdırmağa kömək edir. Süni intellektlə dəstəklənən təsnifat sistemi daim yenilənir və istifadənizi daha rahat edir.
Hotpot.ai
Hotpot.ai şəkil redaktəsi üçün süni intellekt alətləri təklif edir. Köhnə şəkilləri bərpa edir, rəngləyir, fon dəyişiklikləri və digər redaktə funksiyaları təqdim edir. Photoshop kimi proqramlara alternativ olaraq, asan istifadə edilən bir platformadır.
Brandmark.io
Brandmark.io loqo dizaynını asanlaşdıran bir platformadır. Brend adınızı və açar sözlərinizi daxil etdikdən sonra süni intellekt sizə uyğun dizaynlar təklif edir. İstifadəçilər loqoları öz istəklərinə uyğun tənzimləyə bilər.
Bu alətlər işinizi daha asan və səmərəli etməyə kömək edə bilər.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
