
Konservləşdirilmiş ton balığı çox qəbul edilən qidadır. Ən uyğun zülal qaynağı olaraq bilinən tuna balığını istehlak etmək sağlamdırmı?
Konservləşdirilmiş ton balığı münasib qiymətli protein mənbəyi kimi mühüm əsas qida hesab edilə bilər.
Praktik və zülal baxımından yüksək olduğu deyilən konservləşdirilmiş ton balığı bir çox insanın vazkeçilməz qidasıdır. Diyetoloq Nikola Şubrook konservləşdirilmiş ton balığının sağlam seçim olub-olmadığını araşdırıb. Diyetoloq Nicola Shubrook nəticələri aşağıdakı kimi paylaşıb:
"Balıq yüksək keyfiyyətli zülal mənbəyidir və konservləşdirilmiş ton balığı münasib qiymətə zülal mənbəyi kimi mühüm əsas qida hesab edilə bilər. Tuna kimi balıq və dəniz məhsulları zülal mənbəyi olmaqla yanaşı, taurinin amin turşusunun faydalı mənbəyidir. Tədqiqatlar göstərir ki, bu amin turşusu ürək xəstəliklərindən qorunmağa kömək edə bilər. Tuna D vitamininin ən yaxşı qaynaqlarından biridir. Cəmi 85 qram konservləşdirilmiş ton balığı tövsiyə olunan gündəlik qəbulun 50 faizini təmin edir”.
Mənbə: ntv.com.tr
Tərcümə etdi: Nazrin Humbat
