Son həftələrdə Texas ştatının şimal-qərb hissəsində 90-dan çox məxmərək hadisəsi qeydə alınıb. Yoluxanlar arasında peyvənd olunduğunu bildirən bəzi şəxslər də var. Bu vəziyyət bir çox insanlarda sual yaradır: Böyüklər məxmərək və digər infeksion xəstəliklər üçün gücləndirici doza almalıdırmı?
Məxmərək üçün gücləndirici doza:

Ekspertlər bildirir ki, məxmərək peyvəndi, xüsusilə də uşaq yaşlarında alınan iki doza böyüklər üçün ömür boyu qoruyucu olur. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) məlumatına görə, bir doza peyvənd də kifayət qədər qoruma təmin edir, lakin yoluxma hadisələrinin artdığı ərazilərdə yaşayan şəxslər əlavə doza düşünə bilərlər.
Digər peyvəndlər:
Tetanos, difteriya və boğmaca (Tdap): Böyüklər hər 10 ildən bir bu peyvəndi yeniləməlidirlər.
HPV: 26 yaşına qədər olan şəxslərə tövsiyə edilir, 26-46 yaş arasında isə həkimlə məsləhətləşmək faydalıdır.
Nəticədə isə əksər böyüklərə məxmərək üçün əlavə doza tələb olunmur. Lakin tetanos və HPV kimi digər peyvəndlər yaş və risk faktörlərinə görə yenilənə bilər. Peyvəndlərlə bağlı hər hansı bir tərəddüdünüz varsa, həkimlə məsləhətləşmək məsləhətdir.
Mənbə: NBC News
Tərcümə etdi: Xavər Məmmədli
