
Çərəzlər zülal, lif, antioksidantlar, mis, maqnezium, kalium, folat, niasin, B6 və E vitaminləri kimi müxtəlif vitamin və mineralların əla mənbəyidir.
Qoz müxtəlif faydalı yağlarla zəngindir. Bu yağlar LDL (pis) xolesterinin səviyyəsini aşağı sala və qanda HDL (yaxşı) xolesterol səviyyəsini artıra bilər.
Badam toxluq hissi yaradaraq aclıq hissini azaldır. Bu şəkildə arıqlamağa kömək edir. Antioksidantlarla zəngindir, E vitamini ehtiva edir və sərbəst radikalları neytrallaşdırmaqla və hüceyrə zədələnməsini azaltmaqla xroniki xəstəliklər riskini minimuma endirir.
Fındıq E vitamini, manqan və mis kimi vitamin və mineralların zəngin mənbəyidir. Antioksidant mənbəyidir və orqanizmdə antioksidant müdafiəni artırdığı sübut edilən fenolik birləşmələrlə zəngindir. Fındıq tərkibindəki yağlar sayəsində qanda lipid səviyyəsini aşağı salır və ürək xəstəlikləri riskini azaltmağa kömək edir.
Anakardiya yüksək antioksidant qabiliyyəti və tərkibindəki polifenol ilə bədəndəki sərbəst radikallarla mübarizə aparır, iltihabı azaldır, ürək sağlamlığını və ümumi sağlamlığı qoruyur. Enerji istehsalı, beyin sağlamlığı, immunitet və sümük sağlamlığı üçün vacib olan mis, maqnezium və manqanla zəngindir.
Püstə B1, B6 və K vitaminləri ilə zəngindir. Püstə monodoymamış yağlar və çoxlu doymamış yağlarla zəngindir. Bu sağlam yağlar ürək sağlamlığını dəstəkləyir, pis LDL xolesterol səviyyələrini aşağı salır.
Braziliya qozu ingiliscə tərcümələrinə görə Braziliya kimi də tanınır. Braziliya qozu təbiətdəki ən keyfiyyətli və ən yüksək selenium tərkibli qidadır. Tiroid funksiyalarının işləməsinə kömək edir. Bundan əlavə, Selenium antioksidant fəaliyyətə malikdir.
Mənbə: drmuhammedkeskin.com
Tərcümə etdi: Nazrin Humbat
