Bu gün:

Endoskopiya riskli prosesdir?


Bağırsaq və ya mədədə yaranan perforasiyanı erkən aşkar etmək çox önəmlidir. Endoskopiya ilə bağlı mənfi rəylər eşidən bir çox insan, qorxduqları üçün bu proseduru təxirə salır və ya heç etməməyə qərar verir. Lakin 10 dəqiqəlik bu sadə əməliyyat, həyat təhlükəsinə səbəb ola bilər.

Endoskopiya hansı prosedurdur?

Endoskopiya, həzm sisteminin yemək borusu, mədə, onikibarmaq bağırsaq, nazik və yoğun bağırsaqlarını kamera vasitəsilə müayinə etmək üsuludur. Mədə endoskopiyası üçün xəstə 10-12 saat ac qalmalıdır. Bu müddət ərzində yuxarı həzm sistemindəki bütün xəstəliklər görüntülənir, fotoşəkilləri çəkilir, video qeydləri alınır və biopsiya edilir. Bəzi hallarda, endoskopiya zamanı mədədəki poliplər və erkən xərçəng əlamətləri də ortaya çıxarılır.


Kolonoskopiya, yoğun bağırsağın təmizlənməsi və hazırlanmasını tələb edən bir prosedurdur. Mütəxəssislər bildirirlər ki, əməliyyat təcrübəli həkimlər tərəfindən təxminən 8-10 dəqiqə davam edir. Lakin, əgər poliplərin çıxarılması və ya digər əməliyyatlar edilməsi lazım olarsa, bu zaman prosedur 30-45 dəqiqə davam edə bilər.


Prosedur zamanı istifadə olunan alət nə üçün təhlükəlidir?

Qastroenterologiya və endoskopiya sahəsində təhsilinə yeni başlayanlar və təcrübəsi az olan həkimlərdə qalın bağırsaq, yemək borusu və mədədə perforasiya riski nadir hallarda olsa da, mümkündür. Lakin təcrübəli həkimlər tərəfindən aparılan prosedurlarda perforasiya riski sıfıra yaxındır.


Endoskopiya və ya kolonoskopiyadan qorxmaq lazımdır?

Mədə və bağırsaq xəstəliklərinə erkən diaqnoz qoyulması vacibdir, amma kolonoskopiya zamanı, xüsusən yaşlı xəstələrdə və poliplərin dərinləşməsi halında, perforasiya riski meydana gələ bilər. Mütəxəssislər bildirirlər ki, şəkərli diabet kimi əlavə xəstəliklərə sahib olan şəxslərdə əməliyyatın riski daha da arta bilər, hətta ölüm riski də mümkündür.


Mədə qanaması və bağırsaq perforasiyası riski nədir?

Mədə qanaxma riski çox azdır, və əgər endoskopiya tam təchiz olunmuş bir mərkəzdə aparılırsa, qanaxma baş verərsə, lazer, klip və ya adrenalin preparatları ilə qanaxma tamamilə dayandırıla bilər. Bu halda, qanaxma ölümcül olmayacaq. Lakin, əgər xəstənin qan duruldan dərmanlardan istifadəsi varsa və bu dərmanları dayandırmırsa, ya da laxtalanma pozğunluğu və trombosit çatışmazlığı varsa, qanaxma riski artır.


Xəstə, Endoskopiyadan sonra xəstəxanada nə qədər qalır?

Prosedurdan sonra, adətən, xəstəxanaya yerləşdirməyə ehtiyac yoxdur. Alimlər qeyd edirlər ki, əməliyyatdan sonra xəstənin vəziyyəti 30-45 dəqiqə ərzində endoskopiya şöbəsində müşahidə edilməlidir. Bu müddət ərzində xəstənin ümumi vəziyyəti, qan təzyiqi, nəbz, şəkər və digər parametrlər yoxlanılır. Əgər bütün dəyərlər normaldırsa və xəstə özünü yaxşı hiss edirsə, heç bir şikayəti yoxdursa, o zaman xəstə evə göndərilə bilər. Ancaq xəstə müşahidə altında saxlanılmalıdır.


Mənbə: Hüriyyet


Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et