Bu gün:

B12 vitamini ilə zəngin qidalar


B12 vitamini yaddaşı gücləndirir, qırmızı qan hüceyrələrinin yaranmasına dəstək olur və enerji istehsalında mühüm rol oynayır. Sinir sisteminin düzgün işləməsinə kömək edərək unutqanlıq və diqqət problemlərinin qarşısını alır. B12 çatışmazlığı isə yorğunluq, qanazlığı, depressiya, əzələ zəifliyi, baş gicəllənməsi və əllərdə, ayaqlarda karıncalanma kimi əlamətlərlə özünü göstərə bilər.

B12 ilə zəngin qidalar

  • Lor pendiri – Həzm sistemini gücləndirir və B12-nin mənimsənilməsini artırır.
  • Banan – Bağırsaq sağlamlığını dəstəkləyir, B6 ilə birlikdə enerjini artırır.
  • Yumurta – Xüsusilə, sarısı B12 baxımından zəngindir və asan mənimsənilir.
  • Balıq – Omega-3 və B12 ilə zəngindir, ürək sağlamlığı üçün faydalıdır.
  • Qırmızı ət – Dana və qoyun əti yüksək B12 ehtiva edir, lakin həddindən artıq istehlakdan çəkinmək lazımdır.
  • Sakatat – Qaraciyər və böyrək B12 ilə zəngindir, amma yüksək xolesterin ehtiva etdiyindən az istehlak edilməlidir.
  • Süd məhsulları – Kefir, qatıq və süd B12-nin yaxşı mənbəyidir və orqanizm tərəfindən asan mənimsənilir.

B12 çatışmazlığının əlamətləri

Enerji azlığı, yorğunluq, baş gicəllənməsi, ürək döyüntüsündə nizamsızlıq, nəfəs darlığı, solğun dəri, asan göyərmə, çəki itkisi, həzm problemləri, əzələ zəifliyi və karıncalanma.

B12 çatışmazlığının qarşısını almaq üçün vitaminlərlə zəngin qidalardan mütəmadi istifadə etmək tövsiyə edilir.

Mənbə:NTV

Tərcümə etdi: Nərgiz Orucova

Paylaş
Şərh əlavə et