Bu gün:

7 saat yatmamaq orqanizmə necə təsir edir?


Mütəxəssislər sağlam və enerjili qalmaq üçün hər gecə 7-8 saat yatmağı tövsiyə edir. Lakin bəzən bu mümkün olmur. Bəs yuxusuzluq bədənə necə təsir edir?

Dəri problemləri

Araşdırmalara görə, yuxu çatışmazlığı qan dövranını zəiflədir, dərini solğunlaşdırır və stres hormonlarını artırır. Bu isə ekzema, sədəf xəstəliyi və həssas dəri kimi problemlərə səbəb olur. Dəri yuxu zamanı yenilənir, lakin yuxusuzluq bu prosesi ləngidir.

Çəki artımı

Yuxu çatışmazlığı çəki artımına səbəb ola bilər. Yuxusuz qaldıqda aclıq hormonu qrelin artır, toxluq hormonu leptin azalır. Nəticədə, insan daha çox yemək istəyir, xüsusilə də şəkərli qidalara meyl edir.

Soyuq əl və ayaqlar

Orqanizmin daxili temperaturu yuxu ilə tənzimlənir. Yuxu çatışmazlığı isə əl və ayaqlarda soyuqluq hissinə səbəb ola bilər.

Nə qədər yuxu lazımdır?

Yetkin insanlar üçün gündə 7-9 saat yuxu tövsiyə edilir. Yuxu rejiminin pozulması həm fiziki, həm də psixoloji sağlamlığa mənfi təsir göstərə bilər.

Mütəxəssislər bildirir ki, müntəzəm və keyfiyyətli yuxu sağlam həyatın əsas şərtlərindən biridir.

Mənbə: NTV

Tərcümə etdi: Nərgiz Orucova 

Paylaş
Şərh əlavə et