Yuxusuzluğun dəri problemlərindən tutmuş çəki artımına qədər bir çox ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini ortaya qoydu. Mütəxəssislər qeyri-kafi yuxunun qadınlara kişilərdən daha çox mənfi təsir etdiyini də vurğulayırlar.

İnsanların 60 faizindən çoxu hər gecə tövsiyə olunan yeddi saat yuxu almır, xüsusilə də qadınlar bundan əziyyət çəkir. Tədqiqat qeyri-kafi yuxunun insan orqanizminə təsirini vizuallaşdırıb.
Dərinin yuxusuzluğun təsirini göstərən ilk bölgələrdən biri olduğu müəyyən edilmişdir. Qadınların 28 faizi müntəzəm olaraq yuxusuz qaldıqları zaman həssas dəri problemi yaşadıqlarını bildirsələr də, kişilərdə bu nisbət yalnız yüzdə 17-dir. Digər əlamətlərə zəif dırnaqlar və qeyri-bərabər dəri tonu daxildir.
Mütəxəssislər dərinin gecə saatlarında özünü yeniləməyə və bərpa etməyə çalışdığını, lakin yuxusuzluqdan qan axınının azalmasının dərinin solğunlaşmasına səbəb olduğunu bildirib. Həmçinin qeyd edilib ki, yuxusuzluq orqanizmdə stress hormonu olan kortizolun səviyyəsini artıraraq ekzema və sedef xəstəliyini şiddətləndirə, qızartı və qaşınmaya səbəb ola bilər.
Tədqiqat yuxusuzluq və çəki artımı arasında əlaqəni də ortaya qoydu. Obez bədən kütlə indeksi olan iştirakçıların təxminən yüzdə 70-i, sağlam çəkidə olanların yüzdə 44-ü və çəkisi az olanların yüzdə 55-i gecə yeddi saatdan az yatdıqlarını söylədi. Həmçinin məlum olub ki, gecə 7 saatdan az yatanların 79 faizinin qarın nahiyələrində piy yığılıb.
Səs-küy yaradan analizdə, yuxu zamanı bədənin aclıq və toxluq hormonlarının tarazlaşdırıldığı, yuxusuzluğun qrelin səviyyəsini artıraraq insanlarda aclıq hiss etdirdiyi, leptin səviyyəsinin aşağı düşərək toxluq hissini azaltdığı ifadə edildi.
Yuxusuzluğun başqa bir ümumi təsirinin ödem və şişkinlik olduğu müəyyən edilmişdir. Araşdırmada yuxusuzluqdan əziyyət çəkən qadınların yüzdə 36-sı şişkinlikdən şikayətlənərkən, kişilərin yüzdə 50-si də eyni şikayətləri dilə gətirib.
Tədqiqatçılar vurğuladılar ki, yuxu olmaması bədəndəki su balansını tənzimləyən hormon olan vazopressinin ifrazına təsir edərək şişkinliyə səbəb ola bilər.
Qadınların yüzdə 34-ü və kişilərin yüzdə 18-i ayaqlarının, yüzdə 27-si isə əllərinin soyuq olduğunu bildirib. Yuxu itkisi bədənin daxili temperaturu idarə etmək qabiliyyətini poza bilər, əllərdə və digər əzalarda dalğalanmalara səbəb olur.
Yuxunun olmamasının ürək xəstəlikləri, böyrək problemləri, yüksək təzyiq, diabet və insult kimi ciddi sağlamlıq problemlərinə yol açdığı da məlumdur.
Mənbə: NTV. Com
Tərcümə etdi: Mina Yadigarlı
