Bu gün:

Fast food tərzində qidalar xərçəng riskini artırır?


Ümumi Cərrahiyyə mütəxəssisləri xəbərdarlıq edir: Hazır və emal olunmuş qidalar, xüsusilə fast food məhsulları, xərçəngin inkişafına şərait yaradır.

Medicana Ataköy Xəstəxanasının Ümumi Cərrahiyyə Bölməsindən Prof. Dr. Mehmet Karabulut bildirib ki, ultra-emal olunmuş qidalar yüksək şəkər, trans yağ və qatqı maddələri ehtiva edir və bu da sağlamlığa ciddi təsir göstərir. Onun sözlərinə görə, emal olunmuş ət məhsulları bağırsaq xərçəngi riskini artırır.

Medicana Çamlıca Xəstəxanasından Op. Dr. Ayhan Çevik isə vurğulayıb ki, yüksək dərəcədə emal olunmuş qidalardakı lipidlər xroniki iltihaba səbəb olaraq xərçəng və digər xəstəliklərin yaranma ehtimalını yüksəldir.

Dünya Xərçəng Araşdırma Fondu və ÜST-ə görə, emal olunmuş ətlər, trans yağlar və yüksək şəkər tərkibli qidalar kanserogen təsiri göstərir. Mütəxəssislər bu cür qidaların qəbulunun məhdudlaşdırılmasını və təbii, balanslı qidalanmanın üstün tutulmasını tövsiyə edirlər.

Mənbə: CNN türk

Tərcümə etdi: Nərgiz Orucova

Paylaş
Şərh əlavə et