
Göstəricilər günü-gündən artır və xəstələnmə yaşı azaldıqca azalır... Gənc qadınların orqanizminin xərçəngə daha çox meylli olmasının səbəbləri və edilməli olanlar.
Xərçəng hər gün daha çox gənc qadına təsir edir. Qalxanabənzər vəz, uşaqlıq boynu, nazik bağırsaq və böyrək xərçəngləri, xüsusilə süd vəzi xərçəngi gənc qadınlarda daha çox rast gəlinir. Bəs bunun səbəbi nədir?
Mütəxəssislər hormonun mərkəzi rol oynadığını düşünürlər. Döş xərçəngi xəstələrini müalicə edən onkoloq Dr. Saif Əhməd və onun həmkarları son illərdə kifayət qədər narahatedici tendensiya müşahidə ediblər.
Döş xərçəngi hələ də əsasən yaşlı qadınları təsir edən bir xəstəlik olsa da, Böyük Britaniya Xərçəng Araşdırmasına (CRUK) görə, Əhməd və onun komandası 20, 30 və 40 yaşlarında xəstələrin sayının artdığını görüblər. Kembric Universitetində klinik onkologiya üzrə akademik məsləhətçi olan Dr. Əhməd “Biz mütləq döş xərçəngi ilə müraciət edən gənc qadınları görürük" deyib. Bunlar yeni ailə quran, azyaşlı uşaqları olan, hətta hamiləlik dövründə xərçəng xəstəliyi olan qadınlardır və bu, körpə ilə nə edəcəyi ilə bağlı böyük çətinliklərə səbəb ola bilər.
Təkcə döş xərcəngi deyil digər növlərindədə artım var
Gənc qadınlarda artan bu tendensiya bir sıra müxtəlif xərçəng növləri üçün əhali miqyasında aydınlaşmağa başlayır. CRUK tədqiqatçıları 50 yaşdan kiçik qadınlarda döş və uşaqlıq boynu xərçənginin nisbətinin son 20 ildə müvafiq olaraq 13% və 14% artdığını müəyyən ediblər.
Digər xərçəng növlərində artım sürəti daha yüksəkdir. Təkcə son on ildə 25-49 yaş qrupunda qalxanabənzər vəzi, nazik bağırsaq və böyrək xərçəngindən əziyyət çəkənlərin sayı 231 faiz, 119 faiz və 96 faiz artıb.
Risk kişilərdən 82% daha çoxdur
Həmçinin görünür ki, gənc qadınlar gənc kişilərlə müqayisədə xərçəngə daha həssas olurlar. Amerika Xərçəng Cəmiyyətinin məlumatına görə, 50 yaşdan kiçik qadınlarda xərçəng nisbətləri kişi həmkarlarından 82% daha yüksəkdir. Eyni statistika 2002-ci ildə 51 olub.
Bu narahatedici mənzərəni öz xəstələrində müşahidə edən onkoloq Dr. Siddhartha Yadav və onun həmkarları indi xərçənglər, xüsusən də gənc yaşda başlayanlar haqqında daha çox məlumat əldə etməyə yönəlmiş bir araşdırma layihəsi qurublar.
Gənclər risk altında olduğundan xəbərdar deyil
The Telegraph-a danışan Dr. Yadav, artımın ən maraqlı tərəflərindən birinin bu xərçənglərin daha yüksək mərhələdə və daha çox yayılma ehtimalının olması olduğunu söylədi: "Ən böyük narahatlıqlardan biri, xəstələrin tez-tez risk altında olduqlarını dərk etməmələri və yaşlı qadınlarda etdiyimiz nəzarət testindən keçməmələridir, buna görə də sonradan diaqnoz qoyulur." Gənc yaşda başlayan xərçənglərin biologiyasının yaşlı xəstələrin biologiyasından fərqli olması da mümkündür. "Şiş xüsusiyyətləri tamamilə fərqli görünür" deyib.
Gənc qadınlarda xərçəng niyə artır?
İki il əvvəl Harvard Universitetinin alimləri tərəfindən aparılan bir araşdırma, estrogenin döş xərçəngində əvvəllər düşünüldüyündən daha çox mərkəzi rol oynaya biləcəyini və potensial olaraq bütün halların üçdə birində iştirak etdiyini göstərib.
Estrogen uzun müddətdir müxtəlif növ xərçəng növləri, xüsusən də döş, yumurtalıq və endometrium xərçəngi üçün katalizator hesab edilib, çünki o döş toxumasının bölünməsini və yayılmasını stimullaşdırır, bu, xərçəngə səbəb olan mutasiyalar üçün risk daşıyır. Lakin Harvard tədqiqatı göstərir ki, estrogen də hüceyrələrin DNT-sində birbaşa dəyişikliklərə səbəb ola bilər ki, bu da onları xərçəngə daha çox meylli edir.
Mənbə : Miliyyet
Tərcümə etdi : Dilbər Paşazadə
