Bu gün:

Emosional dayanıqlığı artırmaq üçün 4 addım


Emosional dayanıqlığı inkişaf etdirmək üçün əsas məqamları 4 maddə ilə aşağıdakı kimi izah edə bilərik: 

1. Uyğunlaşma 

Yağış yağanda ya evdə gözləmək istəyirik, ya da çətir götürüb yola düşürük. Üşüdükdə jaket götürürük, tərləsək nazik geyinirik. Yəni şəraitə uyğunlaşmağa çalışırıq. Emosional dayanıqlığı inkişaf etdirmək üçün mövcud vəziyyətlərə asanlıqla uyğunlaşa bilmək mühüm yer tutur. Uyğunlaşma insanların gözlənilməz və qəfil vəziyyətlərə qarşı düzgün hərəkət etmələrini təmin edəcək mühüm bir bacarıqdır. 

2. Qəbul 

Bizdən kənarda baş verən və təsir edə bilməyəcəyimiz vəziyyətləri qəbul etmək deməkdir. Yağış yağanda piknik ləğv edilsə, yağışa hirslənməyəcək, vəziyyəti qəbul edəcəksiniz. Dəyişdirə bilməyəcəyiniz şeylərin fərqində olmaq qəbula doğru ilk addım ola bilər. 

3. Çeviklik 

Əgər A planı baş tutmursa, bu, B planına keçə bilmək deməkdir. Çeviklik bacarıqlarına sahib olanlar, yağış yağdığı üçün piknik ləğv edilərsə, ev mühitini düşərgə sahəsinə çevirə bilər və ya məsələn, B Planına keçərək kinoya getməyə hazırlaşa bilərlər. Sərt və dönməz insan bütün günü yağış yağdığından gileyləyə bilər. 

4. Həll yönümlü yanaşma 

Emosional dayanıqlı fərdlər hadisələrə həll yönümlü yanaşma ilə yanaşırlar. Həll yönümlü olmaq şikayət etməyə vaxt itirməmək deməkdir. Vəziyyəti qiymətləndirərək problemlərin həllində fəal rol almaq deməkdir. Həll yönümlü yanaşma fərdləri passivlikdən azad edərək hərəkətə keçməyə kömək edir. Yaşadığımız bu dünya bizə o qədər stimul verir ki, qarşı tərəfə baxmaqdan özümüzü döndərmək imkanımız yoxdur. 

Mənbə: Habertürk

Tərcümə etdi: Səadət Quliyeva

Paylaş
Şərh əlavə et