Bu gün:

Böyrəklərin təhlükədə olduğunu göstərən 8 işarə


Böyrəklərimiz orqanizmin sağlamlığını qoruyur, tullantıları süzür və qan təzyiqini tənzimləyir. Lakin düzgün işləmədikdə bədən xəbərdaredici siqnallar göndərir. Dünyada əhalinin 14%-i böyrək xəstəliklərindən əziyyət çəkir. Əgər bu əlamətləri hiss edirsinizsə, müayinə etdirmək vacibdir.

Böyrək problemlərinin 8 əsas əlaməti:

Quru və qaşınan dəri – Toksinlərin yığılması və mineral balanssızlığının göstəricisidir.
Tez-tez sidiyə çıxma – Böyrəklərin süzmə qabiliyyətinin zəifləməsidir.
Şişkin gözlər və üz – Zülal itkisi nəticəsində maye toplanmasıdır.
Şişkin ayaqlar və topuqlar – Orqanizmdə artıq natrium və su yığılmasıdır.
Əzələ spazmları və qıcolmalar – Elektrolit balanssızlığının əlamətidir.
Bel ağrısı – Böyrək infeksiyaları və daşlarının göstəricisidir.
Yüksək təzyiq – Böyrəklərin düzgün işləməməsi nəticəsində qan təzyiqinin artmasıdır.
Daimi yorğunluq və diqqət əskikliyi – Orqanizmdə tullantıların toplanmasıdır.

Əgər bu əlamətlərdən biri belə varsa, həkimə müraciət edilə bilər. Erkən diaqnoz böyrək xəstəliklərinin qarşısını almaqda mühüm rol oynayır.

Mənbə: NTV

Tərcümə etdi: Nərgiz Orucova 

Paylaş
Şərh əlavə et