Bu gün:

Gündə 1 kasa qatıq yeməyin faydaları


Qatıq bağırsaq sağlamlığını dəstəkləyən, probiotiklərlə zəngin və yüksək qida dəyərinə malik bir məhsuldur. İngiltərədə aparılan araşdırmaya görə, gündə 50 qram qatıq yeyən insanların erkən ölüm riski 18% daha azdır.

Gündə 1 kasa qatıq yeməyin əsas təsirləri:

  • İmmuniteti gücləndirir – Qatıq bağırsaq florasını dəstəkləyərək xəstəliklərə qarşı müqaviməti artırır.
  • Həzm sistemini tənzimləyir – Ağır qidaların həzmini asanlaşdırır, şişkinliyin qarşısını alır.
  • Vitamin və kalsium mənbəyidir – B12, riboflavin, protein və kalsiumla zəngindir, sümükləri və əzələləri qoruyur.
  • Dəri sağlamlığını dəstəkləyir – Laktik turşu sayəsində dərini nəmləndirir və canlandırır.
  • Çəki idarəsinə kömək edir – Uzunmüddətli toxluq hissi yaradaraq sağlam qidalanmanı dəstəkləyir.
  • Stresi azaldır – Qış depressiyasına qarşı rahatlaşdırıcı təsir göstərir.


Gündə nə qədər qatıq qəbul edilməlidir?

Süd və pendir qəbul edilmirsə, porsiya artırıla bilər. Əks halda, gündə 1 kasa qatıq yetərlidir.

Mənbə: NTV

Tərcümə etdi: Nərgiz Orucova 

Paylaş
Şərh əlavə et