
Biz çox yaxşı bilirik ki, yerimək elmi cəhətdən bizim üçün faydalıdır. Alimlərdən, yazıçılardan, psixoloqlardan, filosoflardan eşitmisiniz.
Gəzmək bizim üçün yaxşıdır, çünki bütün həyatımız hərəkətə əsaslanır. Evə getmək, bazara getmək, keçmiş sevgililərimizin əyləşdiyi yerlərdən uzaqlaşmaq, pulsuz endirimləri qaçırmamaq və pandemiya zamanı ağlımızı itirməmək üçün gəzdik, gəzirik və piyada da gedəcəyik.
Gəzinti bir insanın tək başına və ya başqası ilə birlikdə edə biləcəyi ən yaxşı fəaliyyətlərdən biridir.
Ümumi bədən sağlamlığına faydalı olan bu hərəkət orqanizmi bir çox xəstəliyə qarşı qoruyur.
O, həm də zehni və mənəvi sağlamlığı dəstəkləyir və insanın özünü daha yaxşı hiss etməsinə səbəb olur. Bunlarla məhdudlaşmadığı üçün yeriməyin faydalarını da aşağıdakı kimi sıralamaq olar:
Hər gün nizamlı olaraq 30 dəqiqə gəzmək psixi sağlamlıq üçün faydalıdır və psixoloji problemləri azaldır.
Koqnitiv pozğunluq risklərini azaldır. Yaddaşı gücləndirən təsirə malikdir. Aparılan araşdırmalara görə Alzheimer xəstəlik riskini əhəmiyyətli dərəcədə azaltdığı sübut edilmişdir.
Hərəkətliliyi artırır və bədən hazırlığını yaxşılaşdırır.
Daimi gəzinti qan təzyiqini tarazlaşdırır və ürək-damar xəstəlikləri riskini azaldır.
Araşdırmalara görə həftədə ən az 3 gün nizamlı gəzən qadınlarda ürək xəstəliyi riski azalır.
Sümükləri gücləndirir və onurğa sağlamlığını dəstəkləyir.
Oynaq ağrılarını və iltihabı azaldır.
Əzələlərin rahatlamasına imkan verir.
Depressiya əlamətlərini azaltdığı üçün insanın özünü daha xoşbəxt və enerjili hiss etməsinə kömək edir.
Böyük əzələ qruplarını işlətdiyi üçün yağ yandırılmasını sürətləndirir.
Həzm sistemini tənzimləyir və qəbizliyə yaxşı gəlir.
Gəzinti qan şəkərinin səviyyəsini tarazlaşdırmağa kömək edir, diabet riskini azaldır.
Ağciyərlərdə oksigen dövranını artıraraq yuxarı tənəffüs yollarının daha yaxşı işləməsinə kömək edir.
Gəzinti günün istənilən vaxtında edilə bilər. Səhər və axşam daha sakit vaxt olduğu üçün ümumiyyətlə üstünlük verilir.
Günün ilk saatlarında gəzmək zehni və fiziki cəhətdən yaxşı hiss edir.
Gəzinti axşam saatlarında da faydalı fəaliyyətdir. Xüsusilə səhər işə və ya məktəbə getməli olanlar üçün əlverişli vaxtdır.
Mənbə: medicalpark
Tərcümə etdi: Sona Osmanova
