Bu gün:

İmmunitet sistemini hansı amillərlə gücləndirmək olar?


Soyuq qış günlərində soyuqdəymə və qrip infeksiyası kimi xəstəliklərə görə çox sayda insan xəstəxanalara axın edir. Tez ayağa qalxmaq istəyənlər sitrus meyvələrindən, ballı isti çaylardan və vitaminlərdən, həmçinin tibbi dərmanlardan istifadə edirlər.

Soyuq suda üzmək faydalıdır?

Araşdırmalar göstərir ki, soyuq suyun yaratdığı adrenalin təsiri qanda infeksiyaya qarşı mübarizə aparan hüceyrələri artırır.

Prof. Dr. Riley  "Soyuq suda üzən insanların daha az soyuqdəymə və ya daha az infeksiyaya yoluxduğuna dair heç bir sübut yoxdur",-deyə qeyd edib.

Müntəzəm məşq faydalı ola bilərmi?

Soyuq suyun toxunulmazlığı artırdığına dair heç bir əsaslı sübut yoxdur, lakin müntəzəm məşq həqiqətən kömək edə bilər.

St Andrews Universitetindən ailə həkimi Dr. Marqaret Makkartni deyib ki, böyüklər ildə orta hesabla iki-üç dəfə, uşaqlar isə ildə beş-səkkiz dəfə soyuqdəyməyə tutulurlar. Ancaq orta dərəcədə məşq edən insanlar daha az viral infeksiyaya meyllidirlər.

Bu mövzuda qəti nəticəyə çatan heç bir klinik araşdırmanın olmadığını bildirən Dr. Makkartni "Bizdə olan məlumatlar ondan ibarətdir ki, məşq insanlar üçün faydalıdır. Lakin bu, möcüzəvi bir müalicə deyil",- deyib.

Laboratoriya tədqiqatları göstərir ki, müntəzəm məşq immunitet sisteminin qocalmasını ləngidə bilər. Bədənimizin müdafiə sistemi 20 yaşından etibarən zəifləməyə başlayır. Bununla belə, 80 yaşlı velosipedçilər üzərində aparılan araşdırmalar göstərib ki, bu insanlar onlardan onilliklər kiçik insanlar kimi immunitet sisteminə malikdirlər.


Mənbə: BBC

Tərcümə etdi: Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et