Bu gün:

Qışda ən çox istifadə edilən bitki çayları və faydaları


Bitki çayları min illərdir sağlamlıq üçün istifadə olunur və bir çox xəstəliklərin müalicəsində və qarşısının alınmasında faydalı olub. Lakin onların düzgün miqdarda qəbul edilməsi və mütəxəssis tövsiyələrinə əməl olunması vacibdir.


Yuxu problemlərini sağaldır: Melisa çayı

Əksər bölgələrdə limon balzamı olaraq da bilinən melisa çayı sakitləşdirici təsirə malikdir. Bu səbəblə limon balzamı çayı stresslə bağlı yuxu problemləri,  ürək döyüntüsü və ən çox da psixoloji narahatlıqlar üçün faydalıdır.


İnfeksiya əlamətlərini azaldır: Linden çayı

Tərkibindəki mikroelementlər sayəsində bitki çayları qrip infeksiyalarının əlamətlərini azaldır, toksinləri orqanizmdən xaric edərək immuniteti gücləndirir. Həzm sistemini rahatlaşdırır, qan təzyiqini tənzimləyir və tərkibindəki sakitləşdirici maddələr sayəsində yuxu keyfiyyətini yaxşılaşdırır. 


Xəstəliklərə qarşı müqavimət: İtburnu çayı

Tərkibində sərbəst radikalları azaldan bir çox antioksidan var. Bu da onu xüsusilə qış aylarında xəstəliklərdən qorunmaq üçün geniş istifadə olunan bir içkiyə çevirir. Güclü müdafiə təsiri sayəsində xəstəliklərə qarşı qalxan rolunu oynayır. Oynaq ağrılarını azaldır, dəri hüceyrələrinin bərpasını dəstəkləyir və ürək-damar xəstəlikləri, eləcə də diabet kimi xroniki xəstəliklərin qarşısını almağa kömək edir.


İmmunitet sistemini gücləndirir: Şüyüd çayı

Askorbin turşusu ilə zəngin olan şüyüd çayı hormonları tənzimləyir. Bu sayədə dəri toxumasını yeniləyir və kollagen strukturunun əmələ gəlməsini təmin edir. İmmunitet sistemini gücləndirir və bədəni xəstəliklərə səbəb olan infeksiyalardan qoruyur.


İltihab əleyhinə, menstrual stimullaşdırıcı: Çobanyastığı çayı

Xüsusilə rahatlaşdırıcı xüsusiyyətləri və stressdən qaynaqlanan yuxusuzluğa qarşı faydalıdır. İltihab əleyhinə təsirə malikdir. Bu səbəbdən menstruasiya gec və nizamsız olduğu dövrlərdə iltihab əleyhinə və bəlğəmgətirici xüsusiyyətə malikdir. Şəkərli diabet üçün faydalıdır, dərini sakitləşdirir və yaraları tez sağaldır.


Mənbə: Hüriyyet

Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et