Bu gün:

Pişiklər ictimai sağlamlıq üçün təhlükə təşkil edə bilər?


2022-ci ildən bəri məməlilər arasında yayılmaqda olan quş qripi, əsasən, ev pişikləri arasında yayılıb.

İndi azsaylı, lakin getdikcə artan ev pişikləri çiy yemək yedikdən və ya pasterizə olunmamış süd içdikdən sonra ABŞ-da hazırkı epidemiyaya səbəb olan quş qripi növü H5N1-dən xəstələnib. Bu pişiklərdən bəziləri ölüb.

Hazırda dövriyyədə olan quş qripinin ştammı insanlar arasında effektiv şəkildə yayılmağa uyğunlaşmayıb . Hazırda H5N1 epidemiyası zamanı pişikdən insana yoluxma halları məlum olmayıb.

Yenə də, yalnız yarı ev heyvanı olan pişiklərin gecə yarısı ovçuluqdan evə xəstəlik gətirə bilməsi riski həmişə olub.


Mənbə: Abc news

Tərcümə etdi: Səidə Abasova

Paylaş
Şərh əlavə et