Bu gün:

Vitaminlər necə qəbul edilməlidir?


Vitaminlərinizi qəbul etdiyiniz vaxt bəzən onların effektivliyini müəyyən edə bilər. Bəzi vitaminlər səhər qəbul edildikdə ən yaxşı nəticəni versə də, digərləri yeməklə və ya yatmazdan əvvəl qəbul edildikdə daha faydalıdır.

Vitaminlərin əksəriyyəti iki kateqoriyaya bölünür:

•Suda həll olunan vitaminlər acqarına su ilə qəbul edildikdə təsirli olur. 

•Yağda həll olunan vitaminləri isə yeməklə birlikdə qəbul etmək lazımdır.

Vitaminlər və multivitaminlər qəbul etmək hər yaş üçün çox faydalı və lazımlıdır. Araşdırmalar göstərir ki, vitamin və multivitamin əlavələri sağlamlıq və rifahınızı yaxşılaşdıra, psixi sağlamlığınıza təsir edə biləcək qida çatışmazlığının qarşısını almağa kömək edə bilər.

Beləliklə, vitaminlərin və multivitaminlərin faydalarından ən yaxşı şəkildə yararlanmaq üçün onları nə vaxt qəbul edəcəyiniziə diqqət etməlisiniz. Bu məqalədə ən çox yayılmış vitaminlərdən bəzilərinin qəbulunun faydaları və onları qəbul etmək üçün ideal vaxt müzakirə olunur.

Bəs vitamin əlavələri orqanizm üçün faydalıdırmı?

Gündəlik qida ehtiyaclarını ödəmək üçün vitamin əlavələrinə güvənən bir sıra insanlar var. Lakin, vitamin əlavələrinin yüksək dozada istifadəsi təsirsiz olmaqla yanaşı, sağlamlığınıza da zərər verə bilər.

Mənbə: Verywellmind

Tərcümə etdi: Gülay Orucova

Paylaş
Şərh əlavə et