Bu gün:

Siqaret epidemiya kimi həyatımızı məhv edir


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il dünyada təxminən 8 milyon insan tütün istifadəsi səbəbindən ölür. Bu ölümlərin 1,3 milyonu siqaret çəkməyənlərin siqaret çəkənlərə məxsus siqaret tüstüsünə məruz qalması nəticəsində baş verir. Bununla belə siqaret təkcə insan sağlamlığına deyil, təbiətə də böyük ziyan vurur. Fevralın 9-da Ümumdünya Tütünlə Mübarizə günündə mütəxəssislər maraqlı məlumatların paylaşıblar.

Dos. Dr.  Seyhan Us Dülger (Türkiyə TORAKS Dərnəyi): “Tütün yetişdirmək üçün hər il təxminən 3,5 milyon hektar ərazi itirilir. Tütün istehsalının artması xüsusilə inkişaf etməkdə olan ölkələrdə meşələrin qırılmasına səbəb olur.  Tütün sənayesi hər il 84 meqaton karbon qazına ekvivalent istixana qazı verir, bu da iqlim böhranını artırır, resursları israf edir və ekosistemləri zədələyir. Tütün istehlakının azaldılması təkcə birbaşa sağlamlıq qazancları deyil, bütün davamlı inkişaf məqsədlərinə nail olmaq üçün əsas kimi müəyyən edilməlidir.”-deyib.

Dos. Dr. Volkan Kara (Türkiyə Tənəffüs Araşdırmaları Dərnəyi): “Hətta tək bir siqaret belə çəkməyimiz həyatımızdan 20 dəqiqə alır. Tütündən istifadənin yaratdığı təhlükəni statistik şəkildə ümumiləşdirsək, mövcud risk və hesablamalar bir siqaret insan ömrünü orta hesabla 20 dəqiqə, kişilər üçün 17 dəqiqə, qadınlar üçün isə 22 dəqiqə qısaldır. 3 ildir davam edən COVID-19 pandemiyası səbəbindən dünyada 7 milyon insan həyatını itirib. Siqaret və tütün məmulatlarına görə həyatını itirənlərin sayı bu rəqəmdən üç dəfə çoxdur. "Siqaret epidemiya kimi həyatımızı yeyir."

Mənbə: Hürriyyet

Tərcümə etdi: Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et