Bu gün:

Körpənizin İQ səviyyəsini yüksəltmək sizin əlinizdədir


Müasir dövrdə texnologiya sahəsində baş verən inkişaflar valideynləri uşaqlarının intellekt səviyyəsini gücləndirməyə çalışır. Bunu nəzərə alaraq, bir çox analar həkimlərə uşaqlarının intellektini artırmaq üçün nə edə biləcəkləri ilə bağlı suallar ünvanlayırlar.

Ginekoloq, mamalıq və daxili xəstəliklər üzrə həkimə müraciət edib və lazımi analizləri etməlidirlər. Əgər vitamin çatışmazlığınız varsa, müalicəyə başlamalı və çatışmayan peyvəndlərinizi tamamlamalısınız.  Həmçinin, xroniki xəstəliyiniz varsa və davamlı istifadə etməniz lazım olan dərmanlarınız mövcuddursa, mütləq həkimlə görüşməli və bu xəstəliklə bağlı hamiləlik zamanı alınmalı olan tədbirləri müzakirə etməlisiniz.



Əgər planlı hamiləlik keçirirsinizsə, planlaşdırılan müddətdən 3 ay əvvəl fol turşusu əlavəsinə başlamalısınız, əks halda, planlaşdırılmayıbsa, həkiminizlə məsləhətləşərək ən qısa zamanda fol turşusu əlavələri qəbul etməlisiniz.


Siqaret və spirt kimi zərərli maddələrdən uzaq durun. Kofeini məhdudlaşdırmalı və yaxşı yuyulmamış meyvə və tərəvəzlərdən, çiy və ya pis bişmiş ət məhsullarından uzaq durmalısınız.


Hamiləlik zamanı nə etməlisiniz?


Balanslı və sağlam qidalanma gələcək ana və körpə üçün son dərəcə vacibdir. Bu səbəbdən zərərli qidalardan uzaq durmalı və sağlam qidalanmaya diqqət etməlisiniz.  Omeqa-3 dəstəyi, xüsusilə, son illərdə aparılan bir çox araşdırmada ön plana çıxır. Omeqa 3 mənbəyi olan balıqları (sardalya, hamsi, qızılbalıq, skumbriya), həmçinin qoz, fındıq, qırmızı ət, yumurta kimi məhsulları mütləq pəhrizinizə daxil etməlisiniz.


Körpəniz hələ ana bətnində olarkən onunla danışmaq, ona sevginizi hiss etdirmək, onu sakit və dinc hiss etdirəcək musiqilər dinləmək körpənizin beynində sinir impulsları yaradaraq ciddi inkişafını təmin edəcək. Bundan əlavə, bu amillər stressinizi azaltdığı üçün, ümumiyyətlə, həm sizin, həm də körpənizin sağlamlığına müsbət təsir edəcək. Odur ki, bu davranışları vərdiş halına salın.


Körpənizlə hər fürsətdə danışmaq, onu daim yeni sözlərlə tanış etmək, gündəlik həyatınızda sizə çox sadə və əhəmiyyətsiz görünən hərəkətləri belə ona izah etmək və mümkün qədər tez-tez təkrarlamaq körpənizin beyin inkişafı üçün son dərəcə əhəmiyyətlidir. Onların reaksiyalarına bənzər bir reaksiya ilə cavab verib, öz növbəmizi gözləmək lazımdır. Məsələn, sizə baxanda gülümsəmək kimi səslər çıxaranda oxşar səslərlə cavab vermək, barmaqları ilə bir yeri göstərərkən dönüb barmağı ilə oraya işarə etmək kimi sadə, lakin təsirli ünsiyyət də beyin inkişafı üçün çox dəyərlidir.


Mənbə : Hüriyyet

Tərcümə etdi : Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et