Bu gün:

Muzeylərdə şəkil çəkmək niyə qadağandır?


Sənət qalereyasına və ya muzeyə baş çəkdiyiniz zaman yəqin ki, belə bir xəbərdarlıqla rastlaşmısınız. “Flashla fotoqrafiya qadağandır.” Fləşsiz fotoqrafiya siyasətinin arxasında dayanan səbəbləri bilirsinizmi?

Muzeylər və sənət qalereyaları tarix, incəsənət və mədəniyyətlə dolu yerlərdir. İçəridə möhtəşəm sənət əsərlərini görə bilərsiniz və ətrafda gəzməkdən həzz ala bilərsiniz. Səyahət edərkən, təbii ki, sosial şəbəkələrdə paylaşmaq üçün bu əsərlərin fotolarını çəkmək istəyirsiniz.

Fotoqrafiya dünyasında çox istifadə edilən iki fərqli işıq növü var: Təbii işıq və süni işıq. Təbii işıq günəş və ya lampalar kimi mənbələrdən, süni işıq isə fənər kimi elektrik yükü yayan hər şeydən gələ bilər. Muzeyləri və qalereyaları ziyarət edərkən ən yaxşı foto işığının hansı növü olduğunu soruşsanız, təbii işıq. Bu yerlərin əksəriyyətinin girişində “No Flash” yazısı var. Buna görə də, yerdən qovulmaq istəmirsinizsə, onların qaydalarına riayət etmək ən təhlükəsizdir. Beləliklə, bu məhdudiyyətlərin niyə mövcud olduğuna nəzər salaq.

Müəllif hüquqları ilə bağlı problemlər

Heykəllər, rəsmlər və digər sənət əsərləri rəsmi müəllif hüquqlarına malikdir. Bu şah əsərlərin şəkillərini birbaşa çəkməyə icazə verməmələrinin əsas səbəblərindən biri müəllif hüquqlarının pozulması ola bilər. Qanuni olaraq, əsərin sahibi əsər üzərində tam hüquqlara malikdir. İnsanların fotoşəkil çəkməsinə icazə vermək həm də bəzilərinin sənət əsərinin surətini çıxarmaq və onu qəsdən özlərinə məxsus kimi təqdim etmək üçün yol açır.

Təhlükəsizlik problemləri

Muzeylərdəki əşyaların əksəriyyəti yüksək pul dəyərinə malikdir, bu da təhlükəsizliyin sıx olmasının səbəblərindən biridir. İnsanların içəridə şəkil çəkdirməsinə icazə verilsə, bütün məkanın təhlükəsizliyi təhlükə altına düşə bilər. Bu fotolar sayəsində oğruların giriş-çıxışlara çatması daha asan olur.

Sənət əsərlərinə ziyan

Qalereyalarda fotoqrafiyaya icazə verilməməsinin ən mühüm və vurğulanan səbəblərindən biri də budur. Bəs flaşla şəkil çəkmək şəkillərə həqiqətən zərər verə bilərmi? Həqiqət budur ki, bu baş verə bilər. Bir çox rəsmlər, xüsusən də illər öncəki rəsmlər işığa çox həssasdır. Müxtəlif istilik və işıqlandırma vasitələrinə məruz qaldıqda rəngin dəyişməsi baş verə bilər.

Mənbə: Onedio.com

Tərcümə etdi: Amin Həsənli


Paylaş
Şərh əlavə et