Bu gün:

"Rentgen gözlü qadın": Nataşa Demkin


2004-cü ildə 17 yaşlı Nataşa Demkina insan bədəninin daxili orqanlarını görə bildiyini iddia edərək medianın diqqətini çəkib. "This Morning" proqramında o, aparıcının ağrısını hiss etdiyini deyib və həkimə sağlamlığı ilə bağlı diaqnozlar qoyub. Lakin testlər onun iddialarını təsdiqləməyib.

Elm adamları onu müxtəlif sınaqlardan keçirsədə, nəticələr fərqli olub. Paranormal tədqiqatçı Riçard Vaysman onun insanları analiz etməkdə yaxşı ola biləcəyini, lakin "rentgen görüşü"nün sübut olunmadığını bildirib.

Bütün şübhələrə baxmayaraq, Nataşa ödənişli konsultasiyalar keçirməyə davam edib. Onun həqiqətən fövqəltəbii qabiliyyəti var, yoxsa o sadəcə iti müşahidəçidir? Cavab hələ də bilinmir.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et