Bu gün:

Kitab oxumağın sağlamlığa faydaları


Kitab oxumaq sağlamlığınız üçün güclü faydaları ola biləcək vərdişdir.

Oxumağın beş sübut edilmiş sağlamlıq üçün sübut edilmiş faydaları və daha çox oxumaq üçün məsləhətlər:

• Oxumaq beyni gücləndirir

Oxumaq beynin müxtəlif hissələri arasında yeni əlaqələri asanlaşdırır. 2013-cü ildə aparılan kiçik bir araşdırma roman oxumağın beynin dil emalını idarə edən hissələri arasında əlaqənini artırdığını göstərib.

.• Oxumaq yaşla bağlı yaddaş qabiliyyətinin azalmasının qarşısını alır

Alimlər hesab edirlər ki, mütaliə etmək qavramanı gücləndirir.yaşa bağlı bilişsel zəifləməni azalda və bilər. 2020-ci ilə aid 14 illik böyük bir araşdırma həftədə bir və ya daha çox kitab oxuyanların koqnitiv geriləmə ehtimalının daha az olduğunu müəyyən ediblər. 

• Oxumaq stress səviyyəsini azaldır

Tədqiqatlar göstərir ki, cəmi 30 dəqiqə oxumaq stressi azalda bilər. 2009-cu ildə bakalavr tələbələri üzərində aparılan kiçik bir araşdırma yoqa, yumoristik videolar və oxumanın stress səviyyələrinə təsirlərini müqayisə ediblər. 30 dəqiqə ərzində xəbər məqalələri oxuyan tələbələrin fəaliyyətə başlamazdan əvvəl nəbz və qan təzyiqi kimi fiziki stress göstəricilərində azalma müşahidə olunub.

• Oxumaq daha uzun yaşamağınıza kömək edə bilər

Oxumaq beyin sağlamlığına faydası ilə yanaşı, daha uzun yaşamağınıza da kömək edə bilər. 2017-ci ildə nəşr olunan 12 illik böyük bir araşdırma kitab oxuyanların kitab oxumayanlara nisbətən ölüm riskinin 20% azaldığın göstərib.

Oxumaq, ümumən, sağlam həyat tərzi üçün faydalıdır. 

Mənbə: Insider

Tərcümə etdi: Gülay Orucova

Paylaş
Şərh əlavə et