Bu gün:

Albinizm nədir?



Bu xəstəliyi olanlara albinizm və ya albinos deyilir. Albinos, adətən, ağ dəri, açıq saç və görmə problemlərinə səbəb olan piqment melaninin azalması və ya olmaması nəticəsində yaranır. Bu xəstəlik dünya miqyasında təqribən 17.000 insandan 1-nə təsir edir. Albinosların  dərisi çox nazik və ağımtıl, tükləri  ağdır. Göz bəbəkləri çəhrayı, tor qişadan əks olunan işıq qırmızıdır. 

Gözlər işığa həssasdır və tez-tez astiqmatikdir. Gözlərdə işığa həssaslıq səbəbindən nistagmus (gözlərin titrəməsi) var. Nadir də olsa, albinizm zehni və ya fiziki gerilik ilə müşayiət oluna bilər. Dərilərində rəng piqmenti olmadığından və ya az olduğu üçün günəşdən gələn zərərli şüalar orqanizmə daxil olur və həddindən artıq günəş altında olmaq, hətta onların ölümünə də səbəb ola bilər.

Albinizmin müalicəsi yoxdur, lakin bəzi simptomlar müalicə edilə bilər


Dəri:
Albinizmin ən bariz əlaməti dəri rənginin daha açıq olmasıdır. Bununla belə, dəri tonu həmişə əhəmiyyətli dərəcədə fərqlənmir.


Bəzi insanlarda melanin səviyyələri tədricən arta bilər, yaşlandıqca dəri rəngini yavaş-yavaş tündləşdirir.


Mənbə: Hürriyet
Tərcümə etdi: Fidan Əlizadə

Paylaş
Şərh əlavə et