
1. Gündə 8 stəkan su içməliyik
Su ehtiyacı şəraitə və fiziki aktivliyə görə dəyişir. Susadıqca su içmək kifayətdir və çay, qəhvə kimi digər mayelər də bu ehtiyacı qarşılayır.
2. Yumurta ürək sağlamlığına zərər verir
Yumurtada xolesterol olsa da, sağlam insanlarda ürək xəstəlikləri riskini artırmaz. Yumurta omega-3, zülal və digər faydalı maddələrlə zəngindir və ürək-damar sağlamlığını dəstəkləyir.
3. Soyuq hava qripə səbəb olur
Soyuq hava qripə səbəb olmur, amma qışda daha çox qapalı mühitlərdə olduğumuz üçün viruslar daha asan yayılır. İmmunitet sistemi soyuq havada aktivləşə bilər, buna görə də əllərinizi yumaq çox önəmlidir.
4. Gündəlik multivitaminə ehtiyacınız var
Vitamin əlavələrinin faydalı olduğu deyilsə də, tədqiqatlar bəzi vitamin əlavələrinin zərərli ola biləcəyini göstərir. Bəlkə də balanslı pəhrizlə- meyvə, tərəvəz və sağlam yağlarla- vitamin ehtiyacını qarşılamaq daha yaxşıdır.
5. Barmaqları "şıklatmak" oynaqlarda iltihaba səbəb olur
Barmaqları "şıklatma" kirəçlənmə və oynaq iltihabına səbəb olmur. Bu hərəkət yalnız səsli olur və əgər ağrıya səbəb olmazsa, narahat olmağa ehtiyac yoxdur.
6. Elektron siqaret zərərsizdir
Elektron siqaretin kimyəvi maddələri uzunmüddətli xərçəng riskini artıra bilər və ağız, ürək-damar sağlamlığına zərər verə bilər. Nikotin diş əti hüceyrələrinə də zərər verir.
7. Bitki məhsulları ilə xərçəngi müalicə etmək olar
Bitki məhsulları xərçəngi müalicə etməyibdir. Elmi əsaslı müalicə metodları bu cür alternativlərdən daha effektivdir. Fitoterapiya faydalı ola bilər, amma hələlik xərçəngi müalicə edən təsirə malik deyil.
Mənbə: drozdogan.com
Tərcümə etdi: Xavər Məmmədli
