
Bir vaxtlar insanlar dərilərini daha hamar və gözəl göstərmək üçün arsenik istifadə edirdilər. Arsenik, kimyəvi bir maddə olaraq zəhərli xüsusiyyətlərə malikdir və sağlamlığa ciddi ziyan verə bilər. Lakin keçmişdə onun zərərli təsirləri tam bilinmədiyi üçün gözəllik vasitəsi kimi istifadə olunurdu.
Arsenik əsasən cilddəki ləkələri yox etmək və daha parlaq görünüş əldə etmək məqsədilə qəbul edilirdi. Xüsusilə Avropa ölkələrində məşhur olan bu üsul, bəzi kosmetik məhsullara da əlavə edilirdi. O dövrdə arsenik tərkibli həblər və losyonlar “möcüzəvi” vasitə kimi təqdim olunurdu.
Lakin zamanla arsenikin insan orqanizminə olan dağıdıcı təsirləri ortaya çıxdı. Bu maddə, zəhərlənmələrə, daxili orqanların sıradan çıxmasına və hətta ölümə səbəb ola bilər. Günümüzdə isə arsenik ciddi təhlükəli zəhər kimi tanınır və istifadəsi qadağan edilib.
Keçmişdə insanların gözəllik naminə risklərə getməsi, o dövrün bilik səviyyəsi ilə bağlı maraqlı bir fakt kimi yadda qalıb.
Mənbə: Today.com
Tərcümə etdi: Aysel Şıxməmmədova
