Bu gün:

Marburq virusu nədir, nə qədər təhlükəlidir?


ÜST bildirir ki, orta hesabla Marburq virusu yoluxduğu insanların yarısını öldürür. Əvvəlki epidemiyalarda xəstələrin 88 faizi ölüb. Virus baş ağrısı, qızdırma, qan qusma, əzələ zəifliyi və xarici qanaxmaya səbəb ola bilər.


Virus ilk dəfə 1967-ci ildə Almaniyanın Marburq, Frankfurt və Serbiyanın Belqrad şəhərlərində eyni vaxtda peyda olub. Epidemiya zamanı virusa 31 nəfər yoluxub, 7 nəfər ölüb. Bu hadisələrdən sonra ilk dəfə virus yenidən müəyyən edilib.


Epidemiyaya Uqandadan gətirilən Afrika yaşıl meymunlarının səbəb olduğu müəyyən edilib. Virusun donuzlar və yarasalar tərəfindən də yayıldığı məlumdur. Virus insandan insana da keçə bilər. Daha çox yarasaların yaşadığı mağaralarda və mədənlərdə uzun müddət qalan insanlar tərəfindən yayılır.



Son illərdə Marburq virusu Anqola, Ekvatorial Qvineya, Qana,

Konqo Demokratik Respublikası, Keniya, Cənubi Afrika, Uqanda və Zimbabvedə görülüb. 


2005-ci ildə Anqolada baş verən epidemiya nəticəsində 300-dən çox insan həyatını itirib. Son 40 ildə Afrikadan kənarda Marburq virusundan biri Avropada, digəri ABŞ-da cəmi iki nəfər ölüb. Hər ikisi də Uqandadakı mağaralara ekspedisiyalarda iştirak edən insanlar idi.


Mənbə: BBC türk


Tərcümə etdi: İbrahim Çobanlı

Paylaş
Şərh əlavə et