Bu gün:

ABŞ-də quş qripi təhlükəsi artır


ABŞ-də 2024-cü ilin aprelindən etibarən quş qripinə yoluxma halları qeydə alınır. Son günlərdə artıq 3-cü dəfə yoluxma hadisəsinə rast gəlinib və bununla da yoluxanların sayı, ümumilikdə, 67-ə çatıb.

Yoluxma hallarının konkret mənbəyi bilinmir. Əvvəllər də olduğu kimi virusa ev heyvanları ilə təmas halında olan insanların yoluxduğunu görmək mümkündür. ABŞ səhiyyə işçiləri və Abc news bildirir ki, insandan insana yoluxma halı olmadığından hal-hazırda həyəcan təbili çalmağa ehtiyac yoxdur. Virusun epidemiyaya çevrilmə riski çox azdır.

Eyni zamanda, xəstəliyə yoluxanların vəziyyətləri kifayət qədər yaxşı olub və yüngül simptomlar göstəriblər.

Təhlükənin azlığına baxmayaraq, xəstəliyin yaranmasının təməl səbəbi bilinmir. Problemin kökündən həll olunması üçün həll yolları araşdırılır.

Hazırladı: Səidə Abasova

Paylaş
Şərh əlavə et