Bu gün:

Ağır bel çantasının yaratdığı risklər


Fiziki Təbabət və Reabilitasiya Mütəxəssisi Dr. Eren Yıldırım ağır bel çantalarından istifadənin böyük sağlamlıq problemlərinə səbəb olduğunu bildirib.

Uşaqların məktəb dövründə istifadə etdikləri ağır bel çantaları onurğanın sağlamlığı üçün böyük təhlükə yaradır. Fiziki Təbabət və Reabilitasiya Mütəxəssisi Dr. Eren Yıldırım bel çantalarından istifadə ilə bağlı mühüm xəbərdarlıqlar edib.

“Hətta tənəffüs problemlərinə səbəb ola bilər”

Bel çantasının yaratdığı sağlamlıq problemlərinə toxunan Mütəxəssis Dr. Eren Yıldırım “Fiziki inkişaf üçün əhəmiyyətli bir dövr olan məktəb çağında istifadə edilən bel çantası seçimi böyük əhəmiyyət kəsb edir. Ağır və səliqəsiz bel çantaları bel, boyun və çiyin ağrıları, duruş pozğunluğu, skolioz (onurğanın əyriliyi), sinirlərin sıxılması və zədələnməsi, tənəffüs problemləri kimi bir çox problemlərə səbəb olur. Məktəb vaxtı uşaqlarımızın dıməktəb çantasını ilk istifadə etməyə başlağı dövrdür. Onu daşımaq vərdişi yaranana qədər ona nəzarət etməliyik. Çantanı rahat daşıma qabiliyyətinə, onurğa nahiyəsində ağrı olub-olmamasına, çantanın yerləşməsinə, çiyin və bel kəmərlərinin çiyin və beli tam sarması, rahat daşına bilib-bilməməsinə diqqət yetirməliyik". 

“Çantanın bel kəməri də istifadə olunmalıdır”

"Uşaqların istifadə etməli olduğu bel çantasının xüsusiyyətlərinə toxunan Dr. Eren Yıldırım “Belçantaları hər iki çiyindən asılmalı və düz daşınmalı, ağırlığı mərkəzə yaxınlaşdırmaq üçün bel kəməri kimi avadanlıqlardan istifadə edilməlidir. Çantanın çiyin və arxa ilə təmasda olduğu səthdə yastıq və ya viskoelastik toxuma olmalıdır. Bel çantasının ümumi çəkisi bədən çəkisinin 15 faizindən çox olmamalıdır. Bel çantasının alt sərhədi çanağın yuxarı hissəsindən 5 sm-dən çox olmamalıdır". 

Dr. İldırım çantanın daşıma müddətini qeyd edərək deyir: “Bel çantaları heç vaxt uzun müddət daşınmamalıdır. Zəruri hallarda bu müddət 20 dəqiqədən çox olmamalıdır. Uzun müddətli və ya ağır çanta istifadəsi tələb olunan hallarda təkərli çantalara üstünlük verilməlidir. Uşağınız bel çantası kürəyində olarkən qabağa əyilməkdən çəkinməli, yerdən bir şey götürmək istədikdə gövdəsini irəli əymədən dizlərini əyərək çömbələrək götürməlidir. 

Mənbə: CNN Türk

Tərcümə etdi: Xədicə Cabbarlı

Paylaş
Şərh əlavə et