Bu gün:

Yüksək səslə musiqi dinləmək eşitmə qabiliyyətini zəiflədə bilər


Prof. Dr. Fərhan Öz “Eşitmə qabiliyyətini itirmək uzun illər ərzində formalaşır. Bu proses yavaş, mütərəqqi və ağrısız olduğu üçün fərq etmək çətin ola bilər. Yüksək səslə musiqi dinləmək qulaq pərdəsinə təzyiq göstərə, bu da membranın elastikliyini itirməsinə və ya yırtılmasına səbəb ola bilər",-deyə qeyd edib.

 Dr. Fərhan Öz: “Bundan əlavə, yüksək səslər daxili qulağa çatır və oradakı tük hüceyrələrini zədələyir, bu da eşitmə qabiliyyətinin geri dönməz itkisinə səbəb olur. Ümumiyyətlə, qulaq uzun müddət 85 desibeldən yuxarı səslərə məruz qaldıqda qalıcı eşitmə itkisinə səbəb ola bilər",- deyə fikrini bildirib. Daha sonra Dr. Öz sözlərini bu misalla davam etdirib.

"Biz tozsoranın səsini 85 desibeldə eşidə bilərik. Xüsusilə, eşitmə itkisi səs şiddəti 100 desibeldən çox olduqda daha tez baş verə bilər (məsələn: çəmən biçən maşınının səsi). Bu səbəbdən, xüsusilə, musiqi dinləyərkən səsi artırmamaq və 60 desibeldən çox olmadan dinləmək vacibdir.  Məsələn, kitabxanada başqalarını narahat etməyən səslə danışdığınız kimi, dinlədiyiniz musiqi də o səs səviyyəsində olmalıdır”.

Musiqi dinləyərkən səsi artırmamağın, həmçinin davamlı olaraq bir saatdan çox musiqi dinləməməyin çox vacib olduğunu və bu səbəbdən də dinləyərkən tez-tez fasilələr vermək və qulaqları dincəltmək lazım olduğunu vurğulayan prof. Dr.  Ferhan Öz başqa bir risk faktorunu da izah edib.

“Ucadan musiqi dinləməklə yanaşı, xüsusilə, səs-küylü iş yerlərində uzun müddət səs-küyə məruz qalmaq da daxili qulağa ciddi ziyan vurur. Bu səbəbdən səs-küyün çox yüksək olduğu mühitlərdə mümkünsə daxili qulağımızı qorumaq üçün qulaqcıqlardan istifadə etməyə diqqət etməliyik".


Mənbə: Hürriyyet

Tərcümə etdi: Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et