Səhər yeməyi günün ən vacib qidasıdır. Lakin demək olar ki, hər səhər süfrəsində olan bəzi qidalar beyin sağlamlığını təhlükə altına alır. Xüsusilə işlənmiş ətlərin müntəzəm istifadəsi demans riskini artırır.

Harvard Universitetinin araşdırmasına əsasən, gündə iki dilim bastırma və ya bir kolbasa qəbul edən şəxslərin demans inkişaf etdirmə riski 13% daha yüksəkdir. İşlənmiş ətlər yalnız bağırsaq xərçəngi deyil, eyni zamanda, beyin degenerasiyası ilə də əlaqələndirilir.
Araşdırmalar göstərir ki, işlənmiş ətlərin əvəzinə balıq istifadəsi demans riskini 28%, toyuq və ya bitki mənşəli qidalar isə riski 19% azalda bilər. Həmçinin işlənmiş ətlərin tərkibindəki nitritlər oksidativ stress və iltihab yaradaraq beyin sağlamlığına zərər verir.
Tədqiqatçılar qidalanma vərdişlərini dəyişərək demans riskini azaltmağın və ümumi sağlamlığı qorumağın mümkün olduğunu vurğulayır.
Mənbə: NTV
Tərcümə etdi: Nərgiz Orucova
