Bu gün:

Yaddaşı gücləndirən 3 qida


Əvvəllər yalnız qocalıq problemi kimi bilinən unutqanlıq artıq stressli həyat, gərgin iş tempi və düzgün olmayan qidalanma səbəbilə gənclərin ən böyük problemlərindən birinə çevrilib. Bəs unutqanlığın qarşısını almaq, yaddaşımızı gücləndirmək üçün nə yeyib-içməliyik? Bu məqalədə beyin funksiyalarını dəstəkləyən 3 qidanı sizlərə təqdim edirik.

Balıq əti

Omeqa 3 ilə zəngin olan balıq, beynin sağlamlığını qorumaq və fəaliyyətini gücləndirmək üçün qida rasionuna daxil edilməlidir. Balıq yağının yaddaş və idrak qabiliyyətinin itirilməsi kimi hallardan qoruduğunu göstərən çoxlu elmi araşdırmalar var. Beyin toxumasının böyük hissəsi yağ turşularından ibarətdir və daha çox omeqa 3 yağının qəbul edilməsi sinirlər arasında daha yaxşı əlaqəyə kömək edir və beynin həcmini qoruyur. Beyin sağlamlığı üçün həftədə ən az iki dəfə civəsi az olan və tərkibində yüksək miqdarda Omeqa 3 olan yağlı balıqlarla qidalanmaq tövsiyyə edilir.

Yumurta

Yumurta bədənimiz üçün lazım olan ən keyfiyyətli heyvani zülal mənbələrindən biridir. Xüsusilə, beyin hüceyrələrinin inkişafına kömək etmək kimi son dərəcə əhəmiyyətli bir funksiyanı üzərinə götürür. Bu şəkildə öyrənmə və yaddaş bacarıqlarını gücləndirir. Yumurtanın tərkibində bir növ B vitamini olan xolin var. Xolin yeni beyin hüceyrələrinin istehsalına da təsir göstərir. Yumurtalardakı amin turşuları hüceyrə funksiyası ilə əlaqəyə keçərək psixi və nevroloji pozuntuların qarşısını almaq üçün neyrotransmitter balansını qorumağa kömək edir. Zehni gücünüzü artırmaq üçün hər səhər bir yumurta yeməyiniz məsləhət görülür.

Yer fıstığı

Zəngin bir B3 vitamini qaynağı olan fıstıq bu xüsusiyyəti ilə beyinin sağlamlığını qorumağa kömək edir. Sinir sisteminin sağlam fəaliyyətinə töhfə verməklə yanaşı, Alzheimer riskini də azaldır. Bununla belə, fıstıqların allergik və yüksək kalorili olduğunu unutmayın. Buna görə gündə 15-20 ədəd yemək kifayət edəcəkdir.

Mənbə: NTV

Tərcümə etdi: Nahid Xəlilov



Paylaş
Şərh əlavə et