Qan qrupunun şəxsiyyət testləri Yaponiyada 1920-ci illərdə populyarlaşdı, lakin indi dünyada bir çox insanlar şəxsiyyətlərinin qiymətləndirilməsinin bu mümkün obyektiv üsulu ilə maraqlanırlar.
Qan qrupunuzun müəyyən şəxsiyyət xüsusiyyətləri ilə əlaqəli olduğuna dair inanclar yeni deyil. Yapon mədəniyyətində qan qrupu uzun müddət uyğunlaşma və digər proqnozlar üçün əsas kimi istifadə edilib.
1920-ci illərin sonlarında Tokeji Furukava adlı tədqiqatçı psixoloq “Mizaç və Qan Tipləri Üzrə Tədqiqat” adlı məqalə dərc edərək bu mədəni inanclara töhfə verdi.
Araşdırmalar göstərir ki, B qan qrupu olan insanlar hirslənməyə daha çox meyllidirlər. Bu şəxslər xüsusilə stresli və rəqabətli mühitlərdə daha aqressiv reaksiya göstərə bilər. Tədqiqatlar göstərir ki, B qan qrupu olan insanlar digər qan qruplarına nisbətən stresslərə daha həssas ola bilər və bu, onların emosional reaksiyalarına təsir edə bilər. Bu həssaslıq B qan qrupu olan insanların, xüsusən də gərgin stress və ya qeyri-müəyyənlik zamanı daha çox daxili münaqişə yaşamasına səbəb ola bilər. Bundan əlavə, sosial mühakimələr və qərəzlər də bu insanların emosional vəziyyətinə mənfi təsir göstərə bilər. B qan qrupu olan fərdlərin bəzən ətrafdakı insanlar tərəfindən səhv başa düşülə və ya kənarlaşdırıla bildiyi və bunun nəticəsində özlərini tənha hiss etdikləri müşahidə edilib.
Mütəxəssislər B qan qrupunun bu xüsusiyyətlərinin yalnız mənfi cəhətləri olmadığını ifadə etməklə yanaşı, onların güclü və müsbət tərəflərinin də gözardı edilməməsi lazım olduğunu bildiriblər.
Mənbə: ntv.com.tr
Tərcümə etdi: Nazrin Humbat
