Bu gün:

Elmə görə, insanları xoşbəxt edən 6 qida


Bəzən elə anlar olur ki, bir şey yeyəndə özünü xoşbəxt hiss edirsən. Bu, ona görədir ki, yediklərinizin insanları xoşbəxt edən təsiri var. Bəs, yeyildikdə insanları sevindirən qidalar hansılardır?

Bəşəriyyət daim xoşbəxtlik axtararkən, çoxlu müxtəlif müalicələr, məşqlər və meditasiyalar axtarılır. Ancaq bəzi qidaları yemək xoşbəxt olmağa və sağlam əhval-ruhiyyəyə sahib olmağa kömək edə bilər.

Son on ildə qidalanma və psixi sağlamlıq arasındakı əlaqəni göstərən araşdırmalar getdikcə genişlənir və bu araşdırmalar müəyyən qidaların beynimizdə serotonini artırdığını göstərib. "Xoşbəxtlik hormonu" kimi də tanınan serotonin əhvalımıza əhəmiyyətli təsir göstərən kimyəvi maddədir və aşağı serotonin səviyyəsi qeyri-sabit əhval-ruhiyyəyə səbəb ola bilər.

İndi gəlin birlikdə yeməkdən xoşbəxt olduğumuz yeməklərə nəzər salaq...

Qatıq

Fermentasiya prosesindən keçən kefir və qatıq kimi qidalar da sağlam bağırsaq mühiti təmin edərək əhvalınızı yaxşılaşdıra bilər. Fermentasiya prosesinin yaratdığı probiyotiklər bağırsaq bakteriyalarının sağlam olmasını təmin edir. Bunun vacib olmasının səbəbi bədənimizdəki serotoninin yüzdə doxsan hissəsinin bağırsaqlarımızda istehsal olunmasıdır.

Meşə meyvələri

Bir çox araşdırmalar meyvə və tərəvəz istehlak edən insanların daha yaxşı psixi sağlamlıqlara sahib olduğunu göstərir. Xüsusilə meşə meyvələri (çiyələk, böyürtkən və s.) antioksidantlarla zəngin olduğu üçün depressiya əlamətlərini azalda bilər.

Tünd şokolad

Bəlkə də bu qidaların ən məşhurlarından biri qara şokolad ola bilər. Sistematik araşdırma nəticəsində məlum olub ki, tünd şokolad insanın əhval-ruhiyyəsinə müsbət təsir göstərir. Şokoladda xoşbəxtlik hissləri ilə əlaqəli görünən üç fərqli komponent var. Triptofan, teobromin və feniletilalin. Triptofan beynin serotonin istehsal etmək üçün istifadə etdiyi amin turşusudur. Teobromin əhvalınızı yaxşılaşdıra bilən zəif bir stimullaşdırıcıdır. Feniletilalanin bədən tərəfindən antidepresan kimi fəaliyyət göstərən dopamin istehsalında istifadə edilən başqa bir amin turşusudur.

Avokado

2020-ci ildə aparılan bir araşdırma göstərir ki, avokadoda olan sağlam yağlar narahatlığı azaltmağa kömək edə bilər. Bundan əlavə, kolin kimi maddələr bədənimiz tərəfindən sinir sistemini və əhval-ruhiyyəni tənzimləmək üçün istifadə olunur. Avokadonun B vitaminləri ilə zəngin olmasının da stress səviyyəsinin aşağı olması ilə əlaqəli olduğu bildirilir.

Kokos

Kokos da sizi tropik mühitdə hiss etdirə bilər. Bundan əlavə, onlarda bol olan orta zəncirli trigliseridlər enerjinizi artırmağa kömək edə bilər. 2017-ci ildə aparılan bir araşdırma göstərdi ki, kokos südündəki MCT-lər narahatlığı azaltmağa kömək edə bilər. Ancaq insanlarda narahatlıq və muskat qozu arasındakı əlaqə üçün daha çox araşdırmaya ehtiyac var.

Əgər “yaxşı əhval-ruhiyyə qidası” deyiləcək yemək varsa, deyə bilərik ki, banan həmin yeməkdir . Bananın tərkibində serotonin olsa da, qan-beyin baryerini keçə bilmir. Beyin-qan divarını qana daxil ola bilən və ya olmayan maddələri müəyyən etmək üçün istifadə edilən bir filtr kimi düşünə bilərsiniz. Bununla belə, banan əhvalınızı təyin etmək üçün daha dolayı təsir göstərir. Bədəninizin serotonin istehsal etmək üçün B6 vitamininə ehtiyacı var və banan bu vitamində boldur.

Mənbə: isveçgündemi.com

Tərcümə etdi: Aytən Babaşova


Paylaş
Şərh əlavə et