Bu gün:

Çox spirt qəbul etmək nəyə səbəb olur?


Alimlər aşkar ediblər ki, çox miqdarda spirt qəbul edən insanlarda əzələ kütləsi azalır.

Anglia Universitetinin tədqiqatçıları yüksək miqdarda spirt qəbul etməyin əzələ kütləsinə təsirini araşdırmaq üçün böyük biotibbi resurs və məlumat bazası olan UK Biobank-dan 37-73 yaş arası 200.000-ə yaxın insanın məlumatlarını əldə ediblər.

Medical News saytındakı xəbərə görə, oxşar bədən ölçülərinə malik insanların məlumatları araşdırmaya daxil edilərkən bu insanların fiziki aktivlik səviyyələri ilə protein qəbul etmək nisbətlərinin yaxın olmasına diqqət yetirilib.

İnsanların bədən ölçülərinə nisbətdə sahib olduqları əzələ kütləsi ilə spirt qəbul etməyin arasındakı əlaqəni təqib edən araşdırmada, xüsusilə, 50-60 yaş arası insanlarda spirtli içki qəbul edənlərin əzələ kütləsinə nisbətən daha az olduğu qeyd edilib.

İştirakçılar arasında gündə bir şüşə və daha çox şərab qəbul edənlərin ən az əzələ kütləsi olduğu aşkar edilib.

Xüsusilə orta yaş və erkən yaşlarda yüksək spirtli içki qəbulunun ciddi əzələ problemlərinə səbəb ola biləcəyini bildirən elm adamları bu yaşlarda spirt qəbul etməyin əhəmiyyətli dərəcədə azaldılmal olduğunu qeyd ediblər.

Tədqiqat “Calcified Tissue International” jurnalında dərc olunub.

Mənbə: Sözcü

Tərcümə etdi: Xədicə Cabbarlı

Paylaş
Şərh əlavə et