Bu gün:

Hallouin bayramı haqqında bilinməyən faktlar


Halloween həmişə sehrlə və maraqlı adət-ənənələrlə dolu bir bayram olmuşdur.

Min ildən artıqdır mövcud olan bu bayram ilkin olaraq dini zəmindədir. Halloween ilk növbədə bütpərəstlik və daha sonra xristian köklərinə malik olsa da, bu gün dünyəvi bir bayrama çevrilib və bütün dünyada geniş yayılıb. Kökləri İrlandiya, Böyük Britaniya və Şimali Fransada yaşamış qədim Keltlərin Samhain festivalından qaynaqlanan Halloween hər il oktyabrın 31-də rəngarəng görüntülərlə qeyd olunur.

Dünyada getdikcə adi hal alan Halloween tədbirləri bir çox ölkədə bir neçə gün əvvəldən planlaşdırılır.

Bütün müqəddəslər günü

Anglo-Sakson dünyasında və əsas qərb ölkələrində “Halloween” adlanan bayram başqa bir adla - Bütün Müqəddəslər günü adı ilə də adlandırılır.

Hallowen “ bütün müqəddəslər ərəfəsi “ sözündən götürülüb . Bu anlayışın mənası Bütün Müqəddəslər günü ərəfəsi kimi tanınır. Beləliklə, Bütün Müqəddəslər günü nə deməkdir?

Bütün Müqəddəslər günü xristianlıqda bütün tanınmış və naməlum müqəddəslərin və mərhumların xatırlandığı müqəddəs bir gündür. Onun mənşəyi bu gün məlum deyil, 837-ci ildə Papa IV. Qreqor tərəfindən ənənəviləşdirildi. Halloween Keltlərin Samhain Festivalı ilə ortaya çıxdı və Samhain ənənələri ilə qarışdı, indiki formasını aldı. 2000 il əvvəl əsasən İrlandiya, Böyük Britaniya və Fransanın şimalında yaşayan Keltlər yeni illərini noyabrın 1-də qeyd edirdilər.

1 noyabr- yayın sonu, məhsul yığımı və qaranlıq, soyuq qışın başlanğıcı kimi tanınırdı, ilin ən çox insan ölümü hadisəsi baş verdiyi ay kimi əlaqələndirilir. Keltlər inanırdılar ki, yeni ildən əvvəlki gecə, oktyabrın 31-də dirilər və ölülər aləmləri arasındakı sərhəd bulanıq olur.

Oktyabrın 31-nə keçən gecə ölülərin ruhlarının yer üzünə qayıtdığı güman edilən Samhain böyük hadisələrlə keçirdi. Keltlər heyvanların başlarından və ya dərilərindən hazırlanmış kostyumlar geyərək, böyük odlar yandırmaqla pis ruhları qovduqlarını düşünürdülər. 19-cu əsrdə ABŞ-a gələn avropalı mühacirlər özləri ilə Hellouin ənənələrini gətirdilər və bayramın Amerika torpağında populyarlaşmasına kömək etdilər.

1950-ci illərdə konfet paylanması Amerikada ən məşhur Halloween tədbirlərindən birinə çevrildi. Məşhur Amerika Halloween ənənəsi, ehtimal ki , İngiltərədəki Bütün Ruhlar günü paradlarına gedib çıxır.

Bütün Müqəddəslər günündə ev sahibləri qapıdan keçən kasıb insanlara yemək təklif edirlər. Mərhumun yaxınları üçün dua etmək vədi qarşılığında təqdim edilən yemək- “Ruh tortları” adlanan xəmirlər olur. Avropanın və Şimali Amerikanın əksəriyyətində Halloween bayramının qeyd edilməsi əsasən dini deyil.

Digər tərəfdən mühafizəkar xristianlar, xüsusilə də mühafizəkar protestantlar, ümumiyyətlə, Halloween bayramını qeyd etmirlər və bunu yanlış hesab edirlər. 

Halloween-in simvolu gülümsəyən balqabaqdır. Balqabaq oyulub gülən üz formasında hazırlandıqdan sonra iblis siması yaratmaq üçün içərisinə şam qoyulur. Lakin məlumdur ki, qədim zamanlarda balqabaq əvəzinə şalgam oyulmuşdur. 

Əvvəlcə irlandlar və şotlandlar ölənlərin ruhlarını xatırlamaq üçün şalgam oymağa başladılar. Lakin onlar ABŞ-a mühacirət etdikdə, balqabağın oyulmasının daha asan olduğunu kəşf edərək ənənəni dəyişdilər. 


Halloween gecəsində bir hörümçək tapmaq gözəl şans, uğur hesab olunur. Bəzi heyvan sığınacaqları Halloween qeyd edilən zaman qara pişiklərin övladlığa götürülməsini qadağan edir.

Sığınacaqlar bu qaydanı illər əvvəl Halloween gecəsində qara pişiklər üzərində edilən qeyri-insani ritualların sayını azaltmağa kömək etmək üçün yaradıblar. Çünki Halloween bayramında qara pişiklərin övladlığa götürülməsində anormal artım olur. 

2012-ci ildə Milli Pərakəndə Federasiyasının məlumatına görə, ABŞ-da Halloween Miladdan sonra ən çox xərc çəkilən bayramdır.

Bundan əlavə, Amerikada bütün konfet satışlarının dörddə biri hər il Halloween bayramında baş verir.

Mənbə: Cumhuriyet 

Tərcümə etdi: Nuran Əhmədzadə 













Paylaş
Şərh əlavə et