Bu gün:

İtaliyanın bir kəndində xəstələnmək qadağan edilib


İtaliyanın cənubundakı ən yoxsul bölgələrdən biri olan Kalabriyadakı Belkastro kəndinin meri Antonio Torchia "təcili tibbi yardım tələb edən hər hansı bir xəstəliyə tutulmağı" qadağan etdiyini açıqlayıb.


Torchia bu qadağanı “zarafat təxribatı” kimi qiymətləndirir. Torchianın fikrincə, bu qadağa regional idarəçilərə yerli səhiyyə sistemi ilə bağlı xəbərdarlıq etməkdən daha effektivdir. 


Belkastronun 1200 sakininin yaşı 56-dən yuxarıdır, lakin ən yaxın təcili yardım bölməsi 45 km məsafədədir.


Torchia bu xəstəxanaya saatda 30 km sürrətə icazə verən bir yolla çatıldığını deyir. Buna görə də Torchia bildirir ki, “xəstəxanaya çatmaq yolu ən azı xəstəlik qədər risklidir”. 


Bələdiyyə sədrinin elan etdiyi qadağaya “ev qəzasına səbəb ola biləcək fəaliyyətlərdə iştirak etmək, evi tərk etmək, səyahət etmək və ya idmanla məşğul olmaq”-da daxildir.


Mənbə: BBC


Tərcümə etdi: İbrahim Çobanlı

Paylaş
Şərh əlavə et