
Simptomlar hansılardır?
Fibrodysplasia ossificans progressiva (FOP), həmçinin daş adam xəstəliyi adlanır və bədənin ikinci bir skeletin böyüməsinə səbəb olan son dərəcə nadir anadangəlmə xəstəlikdir. Xəstənin bədəni ağır olduğundan bir müddət sonra hərəkətsiz qalır. Xəstəliyin ən böyük əlaməti deformasiyaya uğramış baş barmaqlardır. Xəstəliyə "daş adam xəstəliyi" və ya "Münchmeyer xəstəliyi" kimi də tanınan Fibrodysplasia ossificans progressiveiva (FOP) deyilir.
Daş adam xəstəliyi olduqca nadir bir xəstəlikdir və təxminən 1 milyonda 1 görülür. Cinsindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəs bu xəstəliyi daşıya bilər.
Daş adam xəstəliyinin simptomları aşağıdakılardır:
Xəstəlik orqanizmin əzələ və birləşdirici toxumasının tədricən sümük toxuması ilə əvəzlənməsinə səbəb olur. O, insanın hərəkət etməsinə mane olan ikinci bir skelet yaradır. Birinin FOP olduğunu göstərən ilk əlamətlərdən biri də anadangəlmə qısa və içəriyə doğru yönəlmiş böyük ayaq barmaqlarının olmasıdır.
FOP simptomları adətən uşaqlıqda başlayır. Daha tez təsirlənən bölgələrdən bəziləri boyun, arxa, sinə, qol və ayaqlardır. Xəstələr həmçinin vəziyyəti pisləşdirən toxuma şişməsi, ağrı və sərtlik hissi olan "yanma" ilə qarşılaşa bilərlər. Bu yanma hissi kortəbii şəkildə baş verə bilər və ya zədə, cərrahiyyə və qrip kimi infeksiyalara bənzər bir növ travma ilə nəticələnə bilər. FOP-un digər simptomları arasına danışma və ya yemək çətinliyi (əgər ağız təsirlənirsə və düzgün aça bilmirsə), eşitmə itkisi və onurğanın deformasiyası daxildir.
Mənbə: NTV
Tərcümə etdi: Səidə Əsədli
