
Tədqiqat həmçinin Alzheimer xəstəliyində zərərli olduğu düşünülən tau zülalının beyni ilk mərhələdə virusa qarşı qoruya biləcəyini müəyyən edib. Pittsburq Universitetinin tədqiqatçıları Alzheimer xəstəliyi ilə herpes simplex virus-1 (HSV-1) arasında təəccüblü əlaqə aşkar ediblər.
Cell elmi jurnalında dərc edilən araşdırma, herpes infeksiyalarının Alzheimer xəstəliyində rol oynaya biləcəyini irəli sürdü. HSV-1 ağız ətrafı və dodaq ətrafı kimi yerlərdə herpes kimi tanınan səpgilərə səbəb olan ən çox yayılmış herpes virusudur.
Tədqiqatçılar ölmüş Alzheimer xəstələrinin beyin toxuması nümunələrində HSV-1 ilə əlaqəli zülalın formalarını aşkar ediblər. Virus zülallarının əksəriyyəti Alzheimer patologiyasının əlamətlərindən biri olan tau zülalının yataqlarında və xəstəliyin bütün mərhələlərində xüsusilə həssas olan beyin bölgələrində yerləşirdi.
Tau proteini xüsusilə mərkəzi sinir sisteminin neyronlarında olan bir proteindir. Məlumdur ki, bu zülal Alzheimer xəstələrinin beynin müəyyən hissələrində yüksək səviyyədə toplanır.
Tədqiqat həmçinin aşkar edib ki, tau zülalları əvvəlcə beyni virusa qarşı qoruya bilir, lakin sonradan beyin zədələnməsinə səbəb olur.
Bu tapıntılar infeksiyaları və beynin immun reaksiyasını hədəf alan yeni müalicələrə səbəb ola bilər.
Araşdırmanın müəlliflərindən biri olan Dr.Or Şemeş "Bizim tədqiqat tau zülalının sadəcə zərərli olması ilə bağlı ənənəvi fikrə etiraz edir və onun ilkin olaraq beynin immun müdafiəsinin bir hissəsi kimi çıxış edə biləcəyini göstərir" dedi . "Bu tapıntılar infeksiyalar, immun reaksiyalar və neyrodejenerasiya arasındakı mürəkkəb qarşılıqlı əlaqəni vurğulayır, terapevtiklərin inkişafı üçün yeni fikirlər və potensial yeni hədəflər təklif edir."
Mənbə: euronews
Tərcümə etdi: Səma İsmayılova
